» » Geomaqnit qasırğası olacaq - Astrofizika Rəsədxanası

Geomaqnit qasırğası olacaq - Astrofizika Rəsədxanası

 Geomaqnit qasırğası olacaq - Astrofizika Rəsədxanası


"Mayın 31-də başlamış geomaqnit həyəcanlaşmasının bu gün və qarşıdan gələn günlərdə davam edəcəyi, hətta qasırğaya keçəcəyi gözlənilir”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib.
O bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin, o, daha da artacaq: "Yaxın saatlarda və 2 iyun tarixində 55% ehtimalla G1 sinifli qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir”.
E. Babayevin sözlərinə görə, geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və müsbət polyarlığa malik böyük ölçülü və maraqlı formaya malik "tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir: ""Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hal-hazırda "günahkar” plazma küləyini sürəti 600 km/saniyə-dir. Planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və "katalizator” rolunu oynayır. Meteoroloji şəraitin dəyişmələri kosmik hava ilə yanaşı neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının ("Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər”.

Səbinə Saday
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930