dini radikalizm və ekstremizmlə mübarizə

“Erməniləri bu cür yola gətirmək mümkün deyil”

“Erməniləri bu cür yola gətirmək mümkün deyil”
“Erməniləri Azərbaycana gətirməklə guya bunlar onu göstərmək istəyirlər ki, biz sülhpərvər və tolerant bir ölkəyik və ermənilərlə azərbaycanlıların bir yerdə yaşaması mümkündür”.

Bunu Moderator.az -a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycanda doğulmuş və hazırda Moskvada yaşayan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvü Bagiryan Eduard Apkaroviçin Bakıya gətirilməsinə münasibət bildirirkən deyib.

“Erməniləri bu cür yola gətirmək mümkün deyil”

A.Nağı deyib ki, bu şəkildə ermənilərə yola gətirmək mümkün deyil:

“Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması ilə bağlı bizim mövqeyimiz əvvəldən birmənalıdır. Hesab edirik ki, bu yanlış bir xəttdir. Erməniləri Azərbaycana gətirməklə guya bunlar onu göstərmək istəyirlər ki, biz sülhpərvər və tolerant bir ölkəyik və ermənilərlə azərbaycanlıların bir yerdə yaşaması mümkündür. Təbliğatı bunlar bu şəkildə qururlar. Artıq bir ildir ki, bu proses davam edir və biz buna həmin vaxtı sərt reaksiya verdik. Bununla bağlı aksiyalarımız oldu. Biz yenə də öz fikrimizdə qalırıq. Bu yanlış bir mövqedir. Ermənilərlə bu cür etməklə yola gətirmək mümkün deyil. Onlara etibar etmək olmaz. Bu proses Azərbaycanın maraqlarına cavab vermir, amma nə üçünsə hələ də bunu davam etdirirlər. Sülh platformasının idarə heyyətinin sədri “Qaçqınkom”un yeni təyin edilən sədri Rövşə Rzayevdir. Bununla bağlı cəmiyyətdə də birmənalı fikir yoxdur. Biz etiraz edəndə başa düşməyənlər də oldu. Dediklərimiz həmişə zaman-zaman təsdiqini tapıb. İndi də hələ gözləməyə üstünlük veririk”.

Oxunub: 714
Oxşar xəbərlər
SON XƏBƏRLƏR