» » "Hər kəs sağ qalmaq istəyir, bütün evlərdə..." - Qarabağdan ŞOK GÖRÜNTÜLƏR

"Hər kəs sağ qalmaq istəyir, bütün evlərdə..." - Qarabağdan ŞOK GÖRÜNTÜLƏR

"Hər kəs sağ qalmaq istəyir, bütün evlərdə..." - Qarabağdan ŞOK GÖRÜNTÜLƏR


Ukraynanın “112 Ukrayna” telekanalı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilən ermənilərin acınacaqlı həyatından süjet hazırlayıb.

Publika.az xəbər verir ki, “Yollarsız, işsiz və perspektivlərsiz: bu gün tanınmamış “DQR” necə yaşayır” adlanan süjetdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu və beynəlxalq hüquqda da belə tanındığı qeyd olunur.

“Respublika” sakinlərinin başqa ölkələrə getmək imkanı yoxdur. Onlar Azərbaycan pasportuna malik deyillər, buna görə də beynəlxalq proqramlara giriş məhdudlaşdırılıb.

“Hökumət nümayəndəsi” Araik Xaratunyan şikayətlənir ki, “heç bir ölkə bizə məhəl qoymur və əlaqə yaratmırlar”.

Şuşada hələ də 1994-cü ildə baş verən müharibənin izləri qalır: bütün evlərdə mərmi izləri var, yollar dağılıb.

Qarabağda yaşamaq və ticarət etmək mümkünsüzdür. Erməni diasporunun maliyyəsi ilə azyaşlı uşaqlar üçün kompüter mərkəzi açılıb.

Süjetdə Qarabağdakı erməni futbolçuların da çətin vəziyyətdə olduğu deyilir.

Stadion dağılmış vəziyyətdədir, infrastruktur yoxdur, idmançılar köhnə avtomobillərdə gəlirlər.

Futbolçu Arsen Sarkisyan deyir ki, “bütün futbolçuların başqa qazanc yerləri var, çünki maaşlar çox aşağıdır, hər kəs sağ qalmaq istəyir.

Süjetdə bildirilir ki, aeroport təmir olunmasına baxmayaraq, boşdur. Çünki Azərbaycan öz torpağı olan Qarabağa uçuşlara imkan vermir.

“Qarabağda cəmi 150 min erməni yaşayır, onların da çoxu Xankəndindədir”, - deyə süjetdə qeyd olunur.

Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930