» » Qarabağ üzərindən ŞOK PLAN, heç bir sülh MÜQAVİLƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üzərindən ŞOK PLAN, heç bir sülh MÜQAVİLƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qarabağ üzərindən ŞOK PLAN, heç bir sülh MÜQAVİLƏSİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ


İsrail Türkiyəyə qarşı erməni və kürd kartlarından istifadə etməyə qərar verib. 2019-cu il maliyyə ilində Pentaqonun büdcəsi haqqında qanun layihəsində Türkiyə əleyhinə müddəa yer alıb. İran 2015-ci ildə imzalanan nüvə sazişi ilə əlaqədar qərarının bir neçə həftə ərzində verəcək. ABŞ KXDR-ə qarşı yeni sanksiyaların tətbiqi imkanına baxır. Rəsmi Pxenyan ABŞ-la danışıqların aparılmasında hələ də maraqlı olduğunu bəyan edib.

Moskva Azərbaycanın Qarabağı hərbi yolla qaytarmaq planına göz yuma və ciddi hərbi toqquşma başlaya bilər.


Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ PLANINI DƏSTƏKLƏYƏCƏK
Ermənistanda hakimiyyətə Nikol Paşinyanın gətirilməsi təsadüfi deyil. Bu barədə yazan “kavkazplus” saytı Paşinyanın hakimiyyətə gətirilməsi ilə bağlı maraqlı versiya irəli sürüb.


Paşinyanın adındakı hərflərin SİRRİ və ABŞ-ın Qarabağ üzərindən ŞOK PLANI: O, niyə hakimiyyətə gətirildi?
Mayın 14-də ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi və 62 fələstinlinin İsrail hərbçiləri tərəfindən öldürülməsinə Ankaranın sərt reaksiya göstərməsi Türkiyə və İsrail arasında münasibətləri daha da gərginləşdirdi. İsrail Türkiyənin sərt reaksiyasına cavab olaraq erməni və kürd kartlarından istifadə etməyə qərar verib.


Erməni və kürd kartı ilə ŞOK PLAN - Türkiyədən bu bölgəni ayırmağa QƏRAR VERDİLƏR
Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası 2019-cu il maliyyə ilində Pentaqonun büdcəsi haqqında qanun layihəsini qəbul edib. Qanun layihəsi “S-400” zenit-raket komplekslərinin alınmasına dair xüsusi məruzə hazırlanmadan “F-35” qırıcılarının Türkiyəyə çatdırılmasını bəyənmək imkanından müdafiə nazirini məhrum edir.

Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib ki, Vaşinqton “F-35” beşinci nəsil qırıcılarını Ankaraya çatdırmaqdan imtina edərsə, Türkiyə ABŞ-a qarşı cavab addımları atacaq.

Türkiyə ABŞ-dan 100 ədəd “F-35” qırıcısını almağı planlaşdırırdı. Amerika qanunvericiləri tərəfindən təklif edilən təşəbbüs bu müqavilənin icrasına ciddi mane ola bilər.

ABŞ İrana hücum edəcəyi halda onu dəhşətli tale gözləyir. Bu barədə bəyanatı İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yayıb.

Bəyanatda ABŞ-ı İraqın keçmiş lideri Səddam Hüseynin taleyini gözlədiyi bildirilib. Rəsmi Tehran ölkənin müdafiə qabiliyyətinin artırıldığını deyib.

ABŞ Nümayəndələr Palatasının 2019-cu il Milli Müdafiə Təqdimatı Qanununa etdiyi dəyişiklikdə İranla bağlı mühüm müddəa yer alıb. Nümayəndələr Palatası ABŞ prezidenti Donald Trampın Konqresin icazəsi olmadan İrana hərbi müdaxilə etməsinin qarşısını kəsib.

“İki partiyanın dəyişikliyi yekdilliklə qəbul etməsi Trampın İranla nüvə razılaşmasından çəkilməsi və getdikcə artan düşmənçiliyə güclü bir cavabdır. Bu gün Konqres hərbi gücdən istifadə etmə səlahiyyətlərini geri almaq üçün hərəkətə keçdi”, - Nümayəndələr Palatasının demokrat üzvü Keyth Ellison bildirib.

İran 2015-ci ildə imzalanan nüvə sazişi ilə əlaqədar qərarının bir neçə həftə ərzində verəcək. Bu haqda yüksək vəzifəli iranlı səlahiyyətli bildirib.

Daha əvvəl isə İranın ali dini lideri Əli Xamenei ABŞ-ın dövlət katibi Maykl Pompeonun İrana qarşı irəli sürdüyü 12 şərtə cavab olaraq öz şərtlərini açıqlayıb. Bunlar nüvə sazişindən çıxaraq BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarını pozan ABŞ-a qarşı yeni bir qərarın qəbulu, İranın neft ixracı və Avropa bankları ilə əlaqələri mövzusunda zəmanətin verilməsidir. Xamenei Avropanın bu şərtləri yerinə yetirməyəcəyi halda, İranın nüvə fəaliyyətinə yenidən başlama haqqının olduğunu bildirib.

Xatırladaq ki, Mayk Pompeo mayın 21-də ABŞ-ın İran üzrə strategiyasını açıqlayıb və İrana qarşı 12 şərt irəli sürüb.


ABŞ-dan ölüm fərmanına bərabər 12 ŞƏRT - Vaşinqton strategiyanı ELAN ETDİ
İsrail İranla münasibətlərdə indiki gərginliyin hərbi münaqişəyə keçmə riskini görür. Bunu İsrailin ekologiya və Yerusəlim məsələləri üzrə naziri Zeyev Yelkin bildirib.

“Risk həmişə mövcuddur, çünki, İran açıq bildirir ki, onun hədəfi İsrail dövlətini məhv etməkdir”, - o deyib.

Onun sözlərinə görə, İran iqtisadi çətinliklərə baxmayaraq, Suriya ərazisində hərbi layihələrə, həmçinin Livanda “Hizbullah” qruplaşmasının silahlandırılmasına böyük vəsaitlər qoyur: “Bu gün “Hizbullah”ın əlində dünyanın ən böyük raket ordularından biri var. Və bu, dövlət deyil, terror təşkilatıdır. Bunların hamısı İranın pulu ilə hazırlanır. Biz onunla barışa bilmərik ki, Suriya ərazisində, sərhədlərimizin yaxınlığında yerləşdirilən İran raketləri vətəndaşlarımızın təhlükəsizliyini hədələsin. Biz buna imkan verməmək üçün hər şeyi edəcəyik”.

Nazir əlavə edib ki, İranın raket proqramı Rusiya və Avropanı hədələyir.

“İran bu gün ballistik raketləri hazırlayır. Söhbət o raketlərdən gedir ki, onlar yalnız Təl-Əviv deyil, həmçinin Avropada praktik olaraq istənilən nöqtəyə və Rusiyada bir çox nöqtəyə çata bilər.

İsrail Qüdsün bölünməsini mümkün hesab etmir, bu ideya reallıqdan uzaqdır. Bunu İsrailin ekologiya və Yerusəlim məsələləri üzrə nazir Zeyev Yelkin bildirib.


“Bunsuz heç bir sülh müqaviləsi olmayacaq” - Müsəlman dünyasını ŞOKA SALACAQ ŞƏRT
ABŞ prezident administrasiyası artıq növbəti həftənin əvvəlində Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaların tətbiqi imkanına baxır. Bu haqda Ağ Evdəki mənbəyə istinadən “Wall Street Journal” yazıb.

Nəşr qeyd edir ki, sanksiyaların tətbiqi imkanı Milli Təhlükəsizlik Şurasının mayın 24-də keçirilən iclasında müzakirə edilib. Bildirilir ki, onlarla yeni sanksiyadan söhbət gedir. İclasda həmçinin hərbi müdaxilə haqqında məsələyə baxılıb.


Bu toplantıda III DÜNYA MÜHARİBƏSİNİ başladacaq hücum planı müzakirə edildi – DETALLAR
Rəsmi Pxenyan ABŞ-la danışıqların aparılmasında hələ də maraqlıdır. KXDR-in xarici işlər nazirinin müavini Kim Ke Qvan bu haqda bəyanat verərək bildirib ki, ABŞ prezidenti Donald Trampın sammitin ləğv edilməsinə dair qərarı beynəlxalq ictimaiyyətin istəyinə ziddir.

O, KXDR-in bu danışıqlara başlamasında maraqlı olduğunu qeyd edib.

“Bütün bəyanatlarından sonra ABŞ prezidenti Donald Trampa müharibdə kiçik qələbə lazımdır”. Bunu Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı ABŞ-ın sanksiyalarının mümkün gücləndirilməsini şərh edən Rusiyanın Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Aleksandr Şerin “Russia Today” telekanalına açıqlamasında bildirib.

“Bunun üçün ən uğurlu dövlətlər ciddi insan və iqtisadi potensiala malik olmayan ölkələrdir. Bu baxımdan, Şimali Koreya Amerikanın hərbi maşınının gücünü nümayiş etdirmək üçün rahat variantdır. Bütün dünyanı qorxu altında saxlamağa davam etmək üçün ABŞ-ın hər bir prezidentinin tərcümeyi-halında məğlub edilmiş ölkə olmalıdır”, - o deyib.

Şerinin sözlərinə görə, ABŞ-la razılaşma indiki siyasi vəziyyətdə heç bir dəyərə malik deyil:


Hər bir ABŞ prezidentinin tərcümeyi halında bu olmalıdır – DƏHŞƏTLİ İDDİA
Niderland və Avstraliya 2014-cü ilin 7 iyul tarixində Amsterdam-Kula Lumpur xətti üzrə uçan Malaziya Hava yollarına aid MH17 sərnişin təyyarəsinin Ukrayna üzərində vurulmasında Rusiyanı ittiham edib.

Niderland hökumətindən bildiriblər ki, Rusiya təyyarə qəzasında günahkardır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930