» » Şəhidimizin medalı atasına təqdim edildi

Şəhidimizin medalı atasına təqdim edildi

Şəhidimizin medalı atasına təqdim edildi


Döyüşlər başlayarsa və mən bu döyüşlərdə Vətənə tuşlanan güllələrə sinəmi sipər edərəmsə, onda Azərbaycan bayrağına bükülərək doğma ocağıma qayıdanda başınızı uca tutun!
Bu sözləri düşmənin Naxçıvanda törətdiyi təxribatın qarşısını alarkən şəhid olan 19 yaşlı hərbçimiz Adil Əli oğlu Tatarov xidməti dövründə məzuniyyətə gələrkən bildirib.Vətən eşqi ilə yaşayan Adilin ən böyük arzusu qəhrəman kimi yaddaşlarda qalmaq idi. Və belə də oldu. O, şəhidlik zirvəsinə ucalaraq uşaqdan-böyüyə qədər hər bir azərbaycanlının qəlbində silinməz iz qoydu. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Adil Tatarovun təltif olunduğu "Şücaətə görə" medalı bu gün şəhidin atasına təqdim edildi. Adil Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olub. Hərbçimiz anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Hikmət`Günəş
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728