dini radikalizm və ekstremizmlə mübarizə

ADR-in arxivi Tbilisidə nümayiş olundu

ADR-in arxivi Tbilisidə nümayiş olundu


100 il öncə Tbilisi böyük tarixi hadisələrə şahidlik etdi. Azərbaycan və Gürcüstan öz müstəqiliyinə qovuşdu. Bu fikirlər Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstanın Müstəqillik Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunan arxiv materialların sərgisinin açlış mərasimində səslənib. Sərgidə Gürcüstanla Azərbaycan arasında imzalanan müxtəlif sahələr üzrə saziş və müqavilələr (1919-1922-ci illər), hər iki ölkənin nümayəndə heyətlərinin Paris Sülh Konfransı ilə bağlı müraciəti, bəyannamə, protokol, digər sənəd və fotoların surətləri nümayiş etdirilib.Bundan başqa Gürcüstanın Milli Parlament Kitabxanasında saxlanılan, Azərbaycan və Gürcüstanın ilk respublikalarının mövcud olduğu dövrləri əhatə edən mətbuat materialları da sərgilənib. Sərgiyə təqdim olunan sənəd və fotoların surətləri Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin ekspozisiyasına daxil edilib.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR