» » Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR

Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR

Milli Məclis Amnistiya Aktı qəbul etməyəcək - SƏBƏBLƏR



Milli Məclis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Amnistiya Aktı qəbul etməyəcək.

Bu barədə Milli Məclisdən bildirilib.

Mənbə qeyd edib ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

Lakin Milli Məclis tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Amnistiya Aktının qəbul edilməməsinin aşağıdakı səbəbləri var:

"Bildiyimiz kimi, Prezident İlham Əliyevin ötən il imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar Məcəllələrinə dəyişikliklər edib. Qanun layihələrinin tətbiqinə 2017-ci ilin dekabrın 1-dən başlanılıb. Həmin müddətdən məhkəmələrə 4000-dən çox təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur. Daha 5 min təqdimatın göndərilməsi nəzərdə tutulur. Ümumiləşdirdikdə isə bu qanunun tətbiqi ilə bağlı 1500-ə yaxın şəxs həbsdən azad ediləcək, minlərlə məhkumun isə cəzaları yüngülləşdiriləcək”.

Qeyd edək ki,Azərbaycanda indiyədək 11 Amnistiya aktı qəbul edilib. Sonuncu akt 2016-cı ildə I vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə qəbul edilib.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930