» » Əfv sərəncamının icrasına başlanılıb

Əfv sərəncamının icrasına başlanılıb

  • 25-05-2018, 14:44
  • Gundem
  • 187
Əfv sərəncamının icrasına başlanılıb


Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

DJB.az xəbər verir ki, sərəncam ümumilikdə 634 nəfərə şamil olunub. Belə ki, əfv sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub.
Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.

Səbinə Saday
Oxşar xəbərlər
«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930