dini radikalizm və ekstremizmlə mübarizə

MÜƏLLİM ADININ QARŞISINDA BAŞ ƏYİR CAHAN

MÜƏLLİM ADININ QARŞISINDA BAŞ ƏYİR CAHAN

Müəllim əməyinin dəyərinin ölçüsü nə çəkiyə gəlməz nə də ölçülə bilməz. Müəllim bu adın qarşısında baş əyir cahan. Əlimizdən tutub ilk cümlələri qurub yaratmağı öyrədənim!
Müəllim, Ana, Vətən sevgisini aşılayanım!
Müəllim, cahanı mənə sevdirənim!
Müəllim haqqında nə qədər yazsaq da azdır. Müəllimlərə olan məhəbbət və hörmətimizi çatdırmaq üçün onların şəninə minlərlə şerlər yazıldı, mahnılar bəstələndi, müəllim zəhmətin vəsf etməyə bir ömür yetmədi yetməyəcəkdə. Hər birimizin qəlbində unudulmayan, hər zaman xoş duyğularla xatırladığımız və xatırlayacağımız müəllimlərimiz var.
Bu günlərdə redaksiyamıza ünvanlanan məktublar içində bir məktub diqqətimi çəkdi. Bu yazı ilk mənə ünvanlanmışdı. Bu bir çoxlarının həyatda tanıdığı Vətənpərvər oğullardan, şəhid analarının oğulları sırasında duran gənclərdən biri olan Ravin Həsənov idi. Ravin öz müəlliməsi haqqında xatirələri mənlə bölüşərək yazmışdı.
Mən 2013- 2014 cü ildə Qobustan Reqional Təlim Tədris Mərkəzində Neft və qaz hasilati uzrə təhsil almışam. Yuxarıda qeyd etdiyim Tədris mərkəzinin tələbəsi olmuşam. Qobustan Regional Təlim Tədris Mərkəzinin direktoru Məmmədova Nəzakət xanımı beləcə tanımaq qusmətim oldu. Nəzakət müəlliməni bir çoxlarlndan fərqləndirən cəhətlərindən biri də onun çox sadə, səmimi və mehriban olması idi. O mərkəzin direktoru olmasına baxmayaraq hər gün tələbələrə yaxınlaşardı, hal-əhval tutardı öyüd nəsiyyət edərdi. Yaxşı mütəxəsis olmaq üçün oxumaq lazımdır deyərdi. Beləcə Nəzakət müəllimənin səmimiyyəti onu tək mənə deyil bütün tədris mərkəzinin tələbələrinə sevdirdi. Elə bir tələbə olmazdı ki, ona hörmətlə yanaşmasın. Nəzakət xanım bütün kollektivə bir ana, bir ailə başçısı, bir rəhbər, bir müəllimə, bir Azərbaycan xanımı kimi örnəy idi. Hər kəs ona çox hörmətlə yanaşırdı. Beləcə bir zamanlar tələbəsi olduğum Nəzakət müəlliməni unutmadım, eləcə də yaddaşıma həkk olundu. Boş vaxtlarımda ziyarətinə gedirəm, hər zamanki kimi məsləhətlərini dinləyirəm. İnsan hansı yaşda olmasından asılı olmayaraq müəlliməsinin məsləhətlərinə ehtiyac duyur. İllər keçsədə artıq mən özüm iki övlad atasıyam sevdiyim peşəm üzrə çalışıram. Amma bəzən tələbəlik illərim üçün darıxıram məhz o zaman üz tuturam Nəzakət anamın yanına, bəli anam o da mənim və mənim kimi minlərlə tələbənin anasıdır. Bir müəllimə ki, öz şagirdinə, tələbəsinə ana məhəbbəti ilə yaxınlaşarsa o məhəbbəti onlardan əsirgəməzsə həmin yetirmə cəmiyyətə yararlı insan kimi yetişərək verilər. Onuda öyrəndik ki, hal hazırda Nəzakət müəllimə əsgər anasıdır. Kiçik oğlu hərbi xidmətdədir, böyük oğlu isə ön cəbhədə hərbi xidmətini başa vuraraq geri dönüb. Artıq əsgər anasının Vətənpərvərliyidə göz önündədir.
P.S. Nəzakət xanımı tanımadan onu bir ana məhəbbəti ilə sevən tələbəsinin ünvanladığı ürək sözlərinə istenadən yazdığımız bu kiçik məqaləmizin davamı olacaq, bizi izləyin.

Almaz İlahə

Oxunub: 1 636
Oxşar xəbərlər
SON XƏBƏRLƏR