dini radikalizm və ekstremizmlə mübarizə

Müəllimi qəribə səbəblə polisə şikayət edən direktor NAZİRLİYƏ ÇAĞIRILDI

Müəllimi qəribə səbəblə polisə şikayət edən direktor NAZİRLİYƏ ÇAĞIRILDI


Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə barədə polisə şikayət edən həmin məktəbin direktoru Ziyafəddin Cavadov Təhsil Nazirliyinə dəvət olunub.

DJB.az bildirir ki, bunu H.Əlizadə "Facebook"da yazıb.

Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırmalar davam edir.

H.Əlizadə deyib ki, şikayətdən sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gedib: "Bir xeyli qapıda gözlədikdən sonra nəhayət ki, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm. Operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə, bütün sosial şəbəkə istifadəçilərinə, mediayaya dərin təşəkkür edirəm. Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək”.

Xatırladaq ki, direktor Z.Cavadov rəhbərlik etdiyi məktəbin müəllimi H.Əlizadə barədə polisə şikayət edib. O, buna səbəb olaraq müəllimin məktəb şagirdlərini icazəsiz Bakıya ekskursiya gətirməsini göstərib.

Ayan Vəli Əsədzadə

Oxunub: 791
Oxşar xəbərlər
SON XƏBƏRLƏR