dini radikalizm və ekstremizmlə mübarizə

Minaaxtaranlarla yoxlanış: “28 Mall”da nələr baş verir?

Minaaxtaranlarla yoxlanış: “28 Mall”da nələr baş verir?
Sosial şəbəkələrdə “28 Mall” ticarət mərkəzində nəzarətin gücləndirilməsi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, ticarət mərkəzinin dayanacağında maşınları minaaxtaranla yoxlayıb, sonra içəri buraxırlar. İçəridə də nəzarət gücləndirilib.

Məsələ ilə bağlı 28 Mall AVM-dən Axar.az-a bildirilib ki, mərkəzin əlahiddə yoxlanış tətbiq etməsi barədə heç bir məlumat yoxdur.

Daxili İşlər Nazirliyindən isə Axar.az-a bildirilib ki, 28 Mall AVM ilə bağlı hər hansı bir şikayət daxil olmayıb:

“Amma deyildiyi kimi, nəzarət güclənibsə, bu, təhlükəsizlik tədbiri kimi daha yaxşıdır. Arzu edirik ki, bu cür ciddi yoxlanış davamlı olsun”.

Oxunub: 672
Oxşar xəbərlər
SON XƏBƏRLƏR