dini radikalizm və ekstremizmlə mübarizə

Ordumuz Paşinyanı bu "arzusuna" çatdıracaq - Ekspert

Ordumuz Paşinyanı bu "arzusuna" çatdıracaq - Ekspert
Dağlıq Qarabağ problemi bitməmiş yeni bir problem qaldırmaqla, ermənilər bizim diqqətimizi yayındırmağa, yaxud da psixoloji təzyiq göstərməyə çalışırlar. Amma bu bizim üçün erməni həyasızlığının təzahüründən başqa bir şey deyil. Azərbaycan bir millət, xalq kimi hər qarış torpağını qorumaq üçün canından keçməyə hazırdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistana hələ lazımınca dərs verilməyib:

“Azərbaycan ərazilərində işğalçı ola-ola hələ yeni torpaqları işğal etmək xəyalı ilə yaşamaq həyasızlığın və əxlaqsızlığın son nəticəsidir. Bu cür məsələlərin yayılmasına hələ ki, mətbuat səviyyəsində cavab verə bilərik. Əgər rəsmi səviyyələrdə də bununla bağlı mövqe səsləndirilərsə, rəsmi səviyyədə buna cavab veriləcək. Bunlar yatar yuxusunda görər! Ermənilər yəqin ki, belə xəfif xülyalara düşməklə bu torpaqdan köklərinin kəsilməsini istəyirlər. Ermənilər bilməlidir ki, Azərbaycan xalqı 50 milyon nəfərdir. 3 milyonluq Ermənistan belə böyük bir xalqın torpaqlarını, nə qədər böyük ağası olsa belə, uzun müddət işğalda saxlaya bilməz. Bu gün Azərbaycan cəmiyyəti ermənilərin bu iddiasına istehza ilə yanaşır. Erməni xülyalarının hüdudsuzluğunu ciddi surətdə tənqid edirlər. Bütün bunlar Azərbaycan xalqının qərarlılığını möhkəmləndirir. Biz ərazilərimizdə Ermənistan adlı dövləti yaratmış kiçik bir millətin bundan sonra nəfəs almasına, torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik”.

Politoloq vurğulayıb ki, Naxçıvanla bağlı məsələlər təkcə Azərbaycanın deyil, həm də Rusiya və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə görə zamin dövlət kimi Türkiyənin də işidir:

“Ermənilər nə tarixə əhəmiyyət verir, nə reallığı nəzərə alır. Bu, sadəcə, ortaya atılan böyük provokasiyadır. Bu cür fikir səsləndirən şəxslər son dərəcə məsuliyyətsiz və təxribatçı xarakterlidirlər”.

Politoloq qeyd edib ki, Naxçıvan istiqamətində ermənilərin təxribatları arta bilər:

“Məncə, Paşinyan və onun eyforiyaya qapılan komandasının Azərbaycanın əsgərinin zərbəsini dadmaq vaxtı çatıb. Daha doğrusu, şiddətlə bunu arzulayırlar və Ordumuzun onları "bu arzularına çatdırmaq" vaxtını tezləşdirirlər".

Oxunub: 543
Oxşar xəbərlər
SON XƏBƏRLƏR