dini radikalizm və ekstremizmlə mübarizə

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİNƏ ANALAR ADINDAN MÜRACİƏT

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZİRİNƏ ANALAR ADINDAN MÜRACİƏT
Sosial şəbəkələrin fəallığını nəzərə alaraq inanıram ki, bu iki kəlmə cızma qaram haqqında sizə məlumat veriləcəkdir.
Cənab Nazir! Siz də valideyinsiz yəqin ki, övlad itgisininin acısını az da olsa təsəvvür etsəniz şəhid ata, anasını anlarsınız.
Bu Vətən bizim hər birimizindir və Vətən üçün öldürməyə də, lazım gələrsə ölməyə də hazırıq. Bir dövlət müharibə şəraitindədirsə əlbətdə qurban verəcəyimizi anlayırıq. Amma Sizdən ilk öncə bir insan olaraq, ikinci səlahiyyəti çatan bir insan olaraq xahiş edirik.
İnsanların yeganə övladlarının nəzərə alaraq ön cəbhəyədə xidmət etməsinin qarşısın alın. İnsanlar arasında narazılıqlar get gedə artır. Bu narazılıqların artması isə dövlətçiliyə zərər gətirə bilər. Dünən 20.05.2018 şəhid olan Adil Əli oğlu 4 bacının tək qardaşı idi. Axı yüzlərlə evin yeganə tək ovladı olan gənclərimiz şəhid olub.
Cənab Nazir, bir ailənin soyunun kəsilməsinin nə olduğunu Siz məndən də yaxşı bilirsiz.
Nazirliyin nəzdində elə bir qrup yaratmaq olar ki, məhz bu işlə məşğul olsun, yeganə və tək olan övladlar ön cəbhəyə göndərilərək nəsillərin sonu gətirilməsin. Əlbətdə işğal altında inləyən torpaqlarımızın alınması üçün Ali baş komandan Cənab İlham Əliyev hansı gün əmr verərsə o gün artıq yeganə övladlarımızda bir nəfər kimi komandanımızın əmrinə tabe olaraq bu Vətənə qurban verməyə hazırıq.
Mən bir ana olaraq Sizdən bu təklifi qəbul etməyinizi xahiş edirəm.
Bilirəm işləriniz çoxdur, şanlı Azərbaycan ordusuna başçılıq etmək, düşmənlə mübarizə etmək çətindir.
Amma Azərbaycan xalqı, anaları Sizə güvənir və onların güvənin boşa çıxarmayın. İllərlə yetişdirdiyimiz yeganə övladımızı bizlərin əlindən almayın. Bu şəraiti yaratmayın. Siz istəsəniz bunun qarşısını ala bilərsiz. Ali baş komandan əmr verdikdə biz analarda, şəhid analarıda Azərbaycan ordusunun lazım gələrsə yanındayıq, düşünmədən canımızı da verməyə hazırıq. Onuda bilirik bizim igidlərimiz nə qədər ki, var buna ehtiyac olmayacaq.
Mən şəhid analarının hər zaman yanındayam yeganə övladını itirən analar tanıyıram. Bu o analardır ki, həyatda yaşamaq istəmirlər, onların ayaqları üzərində durması üçün bu cəmiyyətə qoşularaq mübariz olmaları üçün çaba göstəririk. Övladları yoxdu deyə ölümə sürüklənən anaları ayaqda saxlamağa çalışırıq. Bunun nə qədər çətin olmasına baxmayaraq hər birini dövlətimizə bir şəhid anası olaraq dəstəy olmağa səsləyirik. Biz analarda Sizlərə, dövlətimizə dəstəy olmağa çalışırıq.
Hər birimizin bu həyatda üzərinə düşən bir missiya var.
Cənab Nazir! Siz də üzərinizə düşən bu missiyanı yerinə yetirirsiz bilirik amma bacardığınızı əsirgəməməyinizi şəhid anaları adından və əsgər anası olaraq öz adımdan xahiş edirəm. Mən hər zaman öz çıxışlarımda yüzlərlə şəhid anaları qarşısında söyləmişəm. "Əziz analar, məndə sizlərdən biriyəm və hər an övladımı bu Vətənə şəhid verməyə hazıram."
Amma Cənab Nazir mən bir Azərbaycan Vətəndaşı, bir ana olaraq öz təklifimi sizə çatdırmağa çalışdım. İnanıram ki, Azərbaycan qadınlarının və analarının xahişini nəzərə alacaqsınız.


Hörmətlə


Şəhid anaları və əsgər anası Almaz İlahə

Oxunub: 986
Oxşar xəbərlər
SON XƏBƏRLƏR