dini radikalizm və ekstremizmlə mübarizə

İLLƏRİN SINAĞINDAN KEÇƏN DOSTLUQ

İLLƏRİN SINAĞINDAN KEÇƏN DOSTLUQ
İllər heç vaxt insan ömründə izsiz ötüb keçmir. Hər bir zaman kəsiyi həm də dostların sınaq mərhələsidir. Yaş üstə yaş gəldikcə yeni dostlar qazanırsan və yaxud hansısa dostu “itiririrsən”. Onsuz da sayı çox az olan əsil dostlar isə heç vaxt itirilmir. Əsil dostlar haqqında söhbət düşəndə həmişə müəllifini unutduğum bir şeiri xatırlayıram:

Qızıl demə parıldayan hər daşa,
Milyon tanış dönməz dosta-qardaşa.
Otağında dövlət daşa, var daşa,
Dostun yoxsa kasıblardan kasıbsan.

Çırpı deyil yığıb ocaq çatasan,
Ağac deyil kölgəsində yatasan.
Paltar deyil köhnələndə atasan,
Gündən-günə bahalaşan zərdi dost.

Dostluq özü dözməyəndə dözdü dost,
“Dostluq” adlı bir ocaqda közdü dost.
Hecalara bölünməyən sözdü dost,
Bölünsəydi dost deməzdik biz ona.




Təbii ki, söhbət əsl dostlardan gedir və mənim üçün belə dostlardan biri Almaz Əhmədovadır (Almaz İlahə). Dostluğumuzun ildönümü münasibətilə ikimiz də səmimi qəlbdən təbrik edir, hər ikimizə möhkəm cansağlığı, yaradıcılıq fəaliyyətimizdə uğurlar diləyirəm!
Yorulmaz tədqiqatçı, yeddi kitabın müəllifi, tərtibçisi və redaktoru, istedadlı qələm sahibi Almaz İlahə həmişə, hər yerdə yeri görünən bir dostdur.
Canıyanadır, işgüzardır, çalışqandır, zəhmətkeşdir. Yaradıcılıqda da bu keyfiyyətlər əsas götürülür. Mənim nəzərimdə də bu keyfiyyətlər həmişə ali olub. Odur ki, Almaz xanımı bu üstünlüklərinə görə təqdir etmişəm və dəstəkləmişəm. Dostluğumuz var olsun!
Hörmətlə Muradın əmisi Daşdəmir ƏJDƏROĞLU
P.S. Təşəkkür edirəm mənim dəyərlilərdən dəyərli dostum. Biz illərin sınağından keçmiş dostlarıq, artıq 21 ildir ki, eyni sahədə külüng çalırıq. Mən jurnalistika sahəsində olan incəlikləri, onun sirlərinə yiyələnməkdə sizdən çox şey öyrənmişəm. Zarafatla sizə ustad da demişəm. Bilirsiz çox zaman sözün düzün zarafatla deyirlər.
Yazılarımda cümlələrinizə istenad olaraq statlar vermişəm. Sizinlə fəxr etmişəm, yenə də fəxr edirəm Daşdəmir Əjdəroölu, həm bir həmkar kimi, həm də bir dost kimi sizi tanımağım üçün həmişə qürur duymuşam.
Sosial şəbəkənin dostluğu bir ili göstərsədə 21 ili geridə qoya bilməz Ustad. Kaş ki, illər geri dönəydi yenə də 21 il öncəyə boylana biləydim.
O illərin xoşbəxtliyinə qovuşa biləydik. O illərdə hər ikimiz sevdiklərimizlə idik.
Allah bu təmənnasız dostluğumuzu əbədi eləsin əziz dostum!

Hörmətlə Almaz İlahə

Oxunub: 2 376
Oxşar xəbərlər
SON XƏBƏRLƏR