dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda 961 nəfər “Greencard” udub

ABŞ-da yaşamaq və işləmək hüququ verən "Greencard” lotereyasının ilkin nəticələri açıqlanıb.

Azərbaycanda 961 nəfər “Greencard” udub


DJB xəbər verir ki, bu il 961 azərbaycanlı lotereyada qalib olaraq Birləşmiş Ştatlarda yaşamaq hüququ qazanıb. Qonşu Gürcüstanda 1195, Türkiyədə 4390, Ermənistanda 2844, Rusiyada isə 4500 nəfər "Greencard” udub.

Qeyd edək ki, "Greencard" ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. "Greencard" aldıqdan sonra qanuni şəkildə ABŞ-da yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimdə girib çıxmaq hüququ əldə edirsiniz. "Greencard" sahibi Amerika vətəndaşı ilə eyni hüquqlara malikdir.

"Greencard" proqramı 1990-cı ildə ABŞ Dövlət Departamenti tərəfindən hazırlanıb və bu proqramla ABŞ-a "Greencard" vəsiqəsi qazanan şəxslər müəyyən olunur. Hər il müraciət edən yüzminlərlə şəxs içərisindən 50.000 şəxs qalib olur və onlar ABŞ-a leqal formada köçə bilirlər. Proqramda seçimlər kompüter vasitəsilə təsadüfi fomada aparılır və qalib gəlmək üçün xüsusi kriteriyalar yoxdur.

Oxunub: 708
Oxşar xəbərlər
SON XƏBƏRLƏR