dini radikalizm və ekstremizmlə mübarizə

6 ölkə məhkəməyə verildi

6 ölkə məhkəməyə verildi


Avropa Komissiyası Avropa İttifaqının 6 üzv dövlətini - Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Macarıstan və Rumıniya hökumətlərini məhkəməyə verib.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, buna səbəb həmin ölkələrdə havanın təmizlənməsi üçün heç bir addım atılmaması və ərazilərində ətraf mühitin çirklənməsi səviyyəsinin yüksək olmasıdır.

AK-nın bəyanatında Fransa, Almaniya və Böyük Britaniyanın havada azot dioksidin normadan artıq olmasına, İtaliya, Macarıstan və Rumıniyanın isə havada PM10 hissəciklərinin daim yüksək olmasına görə məhkəməyə verildiyi bildirilib.

Ətraf mühitin qorunması üzrə Avropa komissarı Karmenu Vella işləri bu gün məhkəməyə verilən üzv ölkələrə 10 il ərzində vəziyyəti düzəltmək üçün son şans verildiyini qeyd edib.

Oxunub: 683
Oxşar xəbərlər
SON XƏBƏRLƏR