dini radikalizm və ekstremizmlə mübarizə

Niyyət axşamı gözlərimiz yollardan "yığışdı"

Niyyət axşamı gözlərimiz yollardan "yığışdı"
Uşaq dünyaya gələrkən onun sabahının necə olacağını Uca Yaradandan başqa kimsə bilmir:Ətraf mühit, insanlar həmin uşağın formalaşmasında müstəsna rol oynayır.2017-ci il dekabrın 26-da Quba rayonunun Xınalıq kəndi istiqamətində irəliləyən alpinist gənclər-Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadənin də taleyinə Vətən uğrunda əziz canını qurban vermək yazılıbmış.Bu gəncləri şəxsən tanımasam da, dost-tanışların söylədiyinə görə milli təəssübkeşlik, vətənpərvərlik olub canlarında.2017-ci il dekabrın 27-dən sonra başlanan axtarışlar yalnız 2018-ci il mayın 16-sı axşam, Ramazan ayının niyyət axşamında bəlli oldu.Gözlərimiz yolda qalmadı. Onların çadırlarının, meyitlərinin və bəzi əşyalarının yeri müəyyənləşdi.
Aldığımız məlumata görə meyitlər müayinə olunmaq üçün Respublika Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə gətiriləcək.
Mən, rəhbərlik etdiyim "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin bütün üzvləri adından mərhumların ailə üzvlərinə və digər doğmalarına başsağlığı verirəm.
Ruhları şad olsun.Amin.


Hörmətlə,


Shamil Sabiroğlu,
Qarabağ qazisi,"Tərəqqi"medalının mükafatçısı.

Oxunub: 744
Oxşar xəbərlər
SON XƏBƏRLƏR