dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib



Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-cü ildönümüdür.


DJB.az-ın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 95-cü ildönümü münasibətilə prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabanda ulu öndərin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Dövlət himni səsləndirilib.

Sonra dövlət başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar. Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.

Daha sonra prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.


Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun, 2008-2018-ci illərdə ölkənin əsas magistral avtomobil yolları boyunca 4443 hektar sahədə salınan yaşıllıqlarda 5 milyon 436 min müxtəlif növ ağac və kol bitkiləri əkilib. Həmin ağacların əkildiyi sahələr damcılı suvarma sistemi ilə təchiz edilib. Əsasən zeytun, badam, nar, innab, püstə, qoz və fındıq ağaclarının əkilməsinə üstünlük verilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ərazidə ağac əkiblər.


Yaşıllıq massivinin tinglik sahələrində kökübağlı şəraitdə yetişdirilən 7 minə yaxın ağac əkilib. Dövlət başçısı və birinci xanım ağacəkmə aksiyasının iştirakçıları ilə xatirə şəkilləri çəkdiriblər.

Oxunub: 876
Oxşar xəbərlər
SON XƏBƏRLƏR