» » Milli Məclisin xüsusi iclası keçirilib

Milli Məclisin xüsusi iclası keçirilib

  • 11-05-2018, 01:09
  • Gundem
  • 142
Milli Məclisin xüsusi iclası keçirilib

Bu gün Milli Məclisin xüsusi iclası keçirilib.

DJB.az-ın məlumatına görə, Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş iclası Milli Məclisin spikeri Oqtay Əsədov açıq elan edib.


Parlamentin sədri Heydər Əliyevin müasir Azərbaycanın banisi olduğunu və ölkəni parçalanmaqdan xilas edərək güclü bir dövlətin əsasını qoyduğuna diqqət çəkib. Spiker bir zamanlar hərc-mərclik hökm sürən bir ölkənin ümummilli liderin gəlişi ilə indi regionda söz sahibi və güclü bir dövlətə çevrildiyini vurğulayıb.

Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov Heydər Əliyevin böyük ədib Hüseyn Cavidin nəşini Sibirdən Azərbaycana gətirtməklə Azərbaycan insanının qürurunu özünə qaytardığını söyləyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Heydər Əliyevin böyük azərbaycanlı olduğunu vurğulayıb və onun hər zaman ədalətlə hərəkət edən bir öndər olduğunu bildirib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət yetirdiyini bəyan edib və məhz onun xaricə oxumağa göndərdiyi şəxslərin bu gün Azərbaycanın inkişafında xüsusi rolunun olduğunu bildirib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov 1995-ci ildə qəbul edilən Konstitusiyanın hüquqi və demokratik cəmiyyət quruculuğunun əsasını qoyduğunu nəzərə çatdırıb.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728