dini radikalizm və ekstremizmlə mübarizə

Şirvan sakini itkin düşüb

Şirvan sakini itkin düşüb
Şirvanda 31 yaşlı şəxs itkin düşüb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan şəhər sakini , 1987-ci il təvəllüdlü Vasif Arif oğlu Nağıyev aprelin 28-də yaşadığı evdən siqaret çəkmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

V. Nağıyevin əlamətləri belədir: Boyu 172 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli gödəkcə, boz rəngli şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxunub: 1 065
Oxşar xəbərlər
SON XƏBƏRLƏR