dini radikalizm və ekstremizmlə mübarizə

Hüseynağa Quliyev Azərbaycanın canlı qəhrəmanlarından biridir!

Hüseynağa Quliyev Azərbaycanın canlı qəhrəmanlarından biridir!
"Bu gün millətimin yaman günüdür,
Bu gün ən dəhşətli zaman günüdür,
Bu gün Xocalının aman günüdür,
Bu gün qan qoxuyur Vətən torpağı-
Sağalan deyildir Xocalı dağı..."

Xocalının qeyrətli övladlarından söz düşəndə Hüseynağa Aydın oğlu Quliyevin də adı hörmətlə çəkilir. Hüseynağa ailənin tək övladı olsa da, Xocalının ağır günlərində könüllü olaraq yerli Ərazi Özünümüdafiə Taboruna üzv yazıldı. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Tofiq Hüseynovun rəhbərlik etdiyi bu Tabor Xocalının müdafiəsini imkanları daxilində təşkil etmişdi.
Mən o zaman həm Cəmilli kənd orta məktəbində müəllim işləyir, həm də "Səhər" gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri kimi aktiv fəaliyyət göstərirdim.Dəfələrlə qeyd etmişdim ki, Xocalıya kömək olmasa, yerli hakimiyyət orqanları "Ağdam-Şuşa magistral yolu"nun Əsgərandakı maneəsin aradan qaldırmasa bu qədim türk şəhəri işğal ediləcək.
O məşum gecədə əsir götürülən H.Quliyevin başına olmazın müsibət gətirdilər.Azərbaycan Ordusunun geyim formasında əsir götürüldüyü üçün hansı əzablara qatlaşdı bu gənc?Qabırğalarını sındırdılar, ağzında salamat diş qoymadılar.Belini sındırsalar da iradəsini sındıra bilmədilər.Təkcə Hüseynağa deyil,anası, ömür-gün yoldaşı, 2 azyaşlı oğlu, baldızı və digər doğmaları da girov götürülmüşdü...
Hüseynağa əsirlik həyatından azad edilən günü çox yaxşı xatırlayıram.Fotolardan birində onu gətirənlərin yanında mən də varam: Hərbi geyimdə,saqqallı. Hüseynağaya elə zülm vermişdilər ki, taqət qalmamışdı, üst-başı al qanın içərisindəydi.
Az sonra islə öldüyünü zənn edib, meyitxanaya atdılar.
O zaman mərhumə anası və dayısı, tanınmış jurnalist Ələmdar Quluzadə meyitxanada onu tapdılar, anası Hüseynağanın hələ ölmədiyini hiss etdi.Bakıya xəstəxanaya gətirilən H.Quliyev müalicə olunduqdan sonra yenidən həyata qayıtdı.
Hüseynağa Quliyev Azərbaycanın canlı qəhrəmanlarından biridir. Səmimi sözümdür, əgər Türkiyədə yaşasaydı, istənilən səviyyədə təminatı vardı . onun
Təəssüflər olsun ki, o, hələ də hazır yaşayış sahəsilə təmin ediməyib.Haqqı olsa belə hələ də dövlət mükafatlarından birinə layiq görülməyib.
Sağ olsun, Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General-polkovnik Ramil Usubov, H.Quliyevin hər iki oğlunun işlə təmin edilməsinə yardımçı olub.
Hüseynağa Quliyev mənim rəhbərlik etdiyim "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyiniun fəallarındandır. Milli vətənpərvərlik ruhunda təşkil etdiyimiz tədbirlərə qatılan H.Quliyev düşmən tapdağında inləyən torpaqlarımızın azad edilməsi üçün son və qəti mübarizəyə hazırdır.Təki, o gün tez gələydi, Hüseynağa!

Şamil Sabiroğlu,
"Tərəqqi"medalının mükafatçısı, jurnalist, Qarabağ qazisi.

Hüseynağa Quliyev Azərbaycanın canlı qəhrəmanlarından biridir!
Hüseynağa Quliyev Azərbaycanın canlı qəhrəmanlarından biridir!

Oxunub: 1 154
Oxşar xəbərlər
SON XƏBƏRLƏR