dini radikalizm və ekstremizmlə mübarizə

Ümumordu iməciliyi keçiriləcək

Ümumordu iməciliyi keçiriləcək
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 5-də Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi təşkil olunacaq.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ekoloji mühitin sağlamlaşdırılması və ərazinin abadlaşdırılması məqsədi ilə təşkil olunacaq iməcilik vaxtı hərbi şəhərciklərdə, eləcə də hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağaclar, gül kolları əkiləcək və yaşıllıq zolaqları salınacaq.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünün general və sərkərdələrinin, Azərbaycanın Milli Qəhrəmanlarının abidələri və məzarları yerləşən ərazilərdə də abadlıq işləri aparılacaq.

Oxunub: 577
Oxşar xəbərlər
SON XƏBƏRLƏR