dini radikalizm və ekstremizmlə mübarizə

Bu ilin aprelində 2 596 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bu ilin aprelində 2 596 ədəd partlamamış hərbi sursat aşkar edilib
2018-ci ilin aprel ayı ərzində 2 596 ədəd partlamamış hərbi sursat aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, aprel ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tərtər, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 5,938,510 m2 (593.85 ha) ərazi yoxlanılıb, 2,596 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (TƏM) və 4 ədəd piyada əleyhinə mina (PƏM) (CƏMİ: 2,603 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 487 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət (623 nəfər), 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 523,990,199 m2 (52,399.02 ha) ərazi təmizlənib və 796,754 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 20 (iyirmi) və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 25 (iyirmi beş) müraciət daxil olub. Müraciətlər əsasında 43,250 m2 ərazi təmizlənib, 1,073 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (TƏM), 1 ədəd piyada əleyhinə mina (PƏM) (CƏMİ: 1,075 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Oxunub: 536
Oxşar xəbərlər
SON XƏBƏRLƏR