dini radikalizm və ekstremizmlə mübarizə

“Mənim tanrım gözəllikdir, sevgidir”...

“Mənim tanrım gözəllikdir, sevgidir”...

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, qüdrətli söz ustadı, istedadlı şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında xatirə tədbiri ilə yad edilib.
Lənkəran Dövlət Universiteti (LDU) ilə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının birgə təşkil etdiyi tədbiri universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açıb.Kamran Kazımov Hüseyn Cavidi Azərbaycan ədəbiyyatında öz yeri, dəst-xətti olan istedadlı dramaturq, şair, vətənpərvər ziyalı kimi səciyyələndirib,təkrarsız, əbədiyaşar poeziyası barədə söz açıb, yaradıcılığını ədəbiyyatımızın zəngin xəzinəsi kimi dəyərləndirib.
Şair-dramaturq Hüseyn Cavidin keşməkeşli həyat və yaradıcılıq yolu, zəngin ədəbi irsi, dahi sənətkarın Azərbaycan ədəbiyytaında yeri, təkrarsız söz sənəti LDU-nun Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası kafedrasının dosent Mirhüseyn Abbasın məruzəsində əksini tapıb. Məruzədə dahi ədibin yaradıcılığı ətraflı təhlil edilib, ədəbiyyatımızın inkişafına göstərdiyi müsbət təsir vurğulanıb.
Rəsmi hissədən sonra teatrın aktyorlarının ifasında Hüseyn Cavidin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.Dahi ustadın əsərlərindən parçaları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sücəddin Mirzəyev, artistlərdən Allahverən Babayev, Miraslan Ağayev, Şəbnəm Hüseynova, Səyyad Əliyev , Günel Abbaszadə və başqaları ifa ediblər.Tədbirin rejissoru respublianın əməkdar artisti Adil Zeynalov idi.

Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin
mətbuat xidmətinin rəhbəri.

“Mənim tanrım gözəllikdir, sevgidir”...
“Mənim tanrım gözəllikdir, sevgidir”...

Oxunub: 844
Oxşar xəbərlər
SON XƏBƏRLƏR