dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD ELSEVƏR HÜSEYNOVUN ANIM GÜNÜ KEÇİRİLDİ

ŞƏHİD ELSEVƏR HÜSEYNOVUN ANIM GÜNÜ KEÇİRİLDİ

Ruhun qarşisinda baş əyirik şəhidim. Sizlərin sayəsində şirin yuxu görən bizlər bir ömür ruhunuz qarşısında baş əyəcəyik. Nə qədər ki, Azərbaycan xalqı var, Azərbaycan dövləti var, biz də varıq sizlərdə də olacaqsınız. Siz şəhidlər həmişə xalqın yaddaşından, qəlblərdə yaşayacaqsınız.
Kimdir Elsevər Hüseynov?
Bir ananın ciyər parəsi, bir atanın dizinin taqəti, bir bacının arxa-dayağı, bir qardaşın qürur yeri, bir yarın ömür nəğməsi.
Elsevər Huseynovda əzizləri üçün əvəzsiz idi, bu gündə eləcə əziz, doğma, əvəzolunmaz olaraq qalır.
Elsevər Hüseynov öz cani bahasın döyuşcu yoldaşi Aydin ilə birlikdə duşmənin uzərinə gedmiş və duşmənin hiyləsindən öz əsgərlərini və zabitlərini xilas etmişdir. Özu isə muhasirəyə duşsə belə duşmənin xeyli sayda əsgər və zabitlərini məhf edərək Qəhrəmancasina şəhid olmuşdurlar.
Bu günlərdə hər il olduğu kimi yenə də şəhidimiz Elsevər Hüseynovun xatirəsi Səlyan rayon 3 saylı şəhər klubunun müdiri Bədəlova Nübar xanım tərəfindən hazırlanmışdır. 6 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış tədbir yüksək şəkildə iştirakçılara təqdim etdilmişdir. Keçirilən tədbirdə Babazanlı kəndindən Qarabağ döyüşləri zamanı şəadətə qovuşan şəhidlər haqqında tam məlumat verildi. Babazanlı kəndi 9 şəhidi ilə həmişə fəxr edib və onların hər birinin xatirəsi hörmətlə yad edildiyinin bir daha şahidi olduq.
Tədbirdə Səlyan RİH-nin məsul işçisi Aqşin Babayev, rayon "Ağsaqqallar şurası"nın sədri Beydullah İmanov, "Ziyalılar birliyi"nin sədri Allahverdi Piriyev, Biləsuvar reqional mədəniyyət və idman rəisi Elçin Hüseynov, Qələbə qəzetinin baş redaktoru Rüstəm Məlikov, rayon müəsisə və təşkilat rəhbərləri, mədəniyyət işçisi Məmmədov Kürçaylı, müxtəlif bölgələrdən üz tutub gələn şəhid anaları iştirak edirdilər.
Tədbirdə gənc Vətənpərvər Ravin Həsənovun hazırladığı video lent hər kəs tərəfindən çox maraqla qarşılandı.
Tədbir zamanı Elsevər Hüseynovun döyüş yoldaşların Elman Əsədullayev və bir çoxları kövrək xatirələrdən söz açdılar.

Almaz İlahə Əhmədov
ŞƏHİD ELSEVƏR HÜSEYNOVUN ANIM GÜNÜ KEÇİRİLDİ
ŞƏHİD ELSEVƏR HÜSEYNOVUN ANIM GÜNÜ KEÇİRİLDİ
ŞƏHİD ELSEVƏR HÜSEYNOVUN ANIM GÜNÜ KEÇİRİLDİ
ŞƏHİD ELSEVƏR HÜSEYNOVUN ANIM GÜNÜ KEÇİRİLDİ

Oxunub: 885
Oxşar xəbərlər
SON XƏBƏRLƏR