» » SEVƏRSƏNSƏ ÖLÜMÜ BELƏ MƏĞLUBEDİLMƏZ EDƏRSƏN

SEVƏRSƏNSƏ ÖLÜMÜ BELƏ MƏĞLUBEDİLMƏZ EDƏRSƏN

  • 12-04-2018, 17:30
  • Gundem
  • 198
SEVƏRSƏNSƏ ÖLÜMÜ BELƏ MƏĞLUBEDİLMƏZ EDƏRSƏN
Bir gülün gözəlliyini görmək əsas deyil, gözəlliyi hiss etmək gərəkdir. O gözəlliyi ki, gözlərinə, qəlbinə bir iz qoyar ömürün boyunca. Yalnız qalarkən belə gözlərini yumduqda o gözəllik sənə yeni bir güc verər.
Bu gün sən mənim öz dünyamsan. Elə bir həyatsan ki, gülləri heç vaxt solmaz, ağaclarında quşları ən gözəl nəğmələri söyləyər. Hər tərəfində dostluq, birlik var. Dağlarındakı qarlar belə üşütməz qəlbimi. Ulduzları işıq saçar qaranlıq yollarıma.
Mənim sevgim baxışlarından doymamaqdır. Gülümsəməsi üçün nəfəs almadan xatirələrdən danışmaqdır. Sevmək sadəcə "səni sevirəm" demək deyil. Sevmək sən danışmadan onun səni baxışlarından anlamasıdır. Bəzən sırf o səni qucaqlasın deyə üşümək istəməkdir. Sevmək bir nöqtədə cəmləməkdir bütün unuda bilmədiklərini. Sevgin mənim ruhumdadır heç nə yox edə bilməz onu. Deyirlər ki, sevgilini ancaq ölüm ayıra bilər, mən belə düşünməzdim ölüm bəlkə də sevib sevmədiyini yoxlamaq üçün bir sınağındır. Əgər həqiqətən də sevmisənsə ölümə belə sevginin məğlub edilməz olduğunu sübut edərsən...

Könül Ayxan
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930