» » SEÇİMİM BİRMƏNALI İLHAM ƏLİYEVDİR

SEÇİMİM BİRMƏNALI İLHAM ƏLİYEVDİR

SEÇİMİM BİRMƏNALI  İLHAM ƏLİYEVDİR

XXI Əsrin qadınları ictimai birliyinin sədri Mahirə Əmirhüseynova dedi: Mənim seçimim birmənalı olaraq Prezidentimiz Cənab İlham Əliyevdi. Mən ona görə İlham Əliyevə səs verirəm ki, çünki o sabitliyin bir nömrəli qarantıdır. Xalqın əhval-ruhiyyəsi çox yüksəkdi. Seçki ab-havası qənaətbəxşdir. Mən cəmiyyətin içində olduğumdan qətiyyətlə deyə bilərəm ki, hər kəs İlham Əliyevə səs verəcək. Dünyada çox az sayda lider tapılar ki, bizim prezidentlə müqayisə olunsun. O, bu xalqa ailəsi ilə xidmət edir. Ölkənin birinci vitse-prezidenti, birinci xanımı Mehriban Əliyeva da azərbaycan xalqa daima xidmət edir, öz qayğı və nəvazişini əsirgəmir. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da daima xalqla ünsiyyətdədir. Bir sözlə bu ailə bütövlüklə özlərini xalqa həsr edib. Bizim Prezidentə heç bir Alternativ ola bilməz. Fenomenal intellekt və istedadı ilə seçilən Prezidentimiz, müasir Azərbaycan və dünya siyasətinin nüfuzlu bir şəxsiyyətlərindən biridir. Bu bir faktdır. Prezident ölkəmizə bacarıqla rəhbərlik edir. Heydər Əliyevin siyasi kursunun böyük ustalıqla davam etdirilməsi hamımızın ürəyini iftixarla döyündürür. Mən Prezident İlham Əliyevlə fəxr edirəm, onunla qürur duyuram və ailəlikcə onu dəstəkləyirik. Yaşadığım ərazidə də hər kimi görürəmsə yüksək əhval-ruhiyyə ilə seçkilərə gedəcəklərini və məhz İlham Əliyevə səs verəcəklərini bildirirlər. O cümlədən təşkilatımızın bütün üzvləri də yekdilliklə İlham Əliyevə səs verəcək. Biz hər zaman prezidentimizi dəstəkləmişik. Və Aprelin 11-də də bir daha dəstəkləyəcəyik. Azərbaycanın daha da böyük zirvələrin fəth etməsinə zəmin yaradacağıq.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31