» » Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib

  • 12-04-2018, 02:39
  • Gundem
  • 134
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib


Aprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

DJB.Az AZƏRTAC-a istinadən bildirir ki, Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930