» » MSK: Adı seçici siyahısında olmayan vətəndaş da seçki məntəqəsinə gələrək səs verə bilər

MSK: Adı seçici siyahısında olmayan vətəndaş da seçki məntəqəsinə gələrək səs verə bilər

MSK: Adı seçici siyahısında olmayan vətəndaş da seçki məntəqəsinə gələrək səs verə bilər


Azərbaycanda adının seçici siyahısında olub-olmamasından asılı olmayaraq, səsvermə hüququ olan bütün insanlar birbaşa seçki məntəqəsinə yaxınlaşaraq öz sənədini təqdim etməklə səs verə bilər.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, müəyyən qisim insanların hansısa səbəbdən seçici siyahısına düşməməsi və ya bu siyahıya düşməkdən yayınması ola bilər. Buna baxmayaraq, onlar da öz sənədlərini təqdim etməklə səs verə bilərlər.

M.Pənahov bildirib ki, bəzi ölkələrdə seçici siyasıhında adı olmayan insanların səsvermə hüququ olmur, lakin Azərbaycanda belə deyil: "Vətəndaş adının seçici siyahısında olub-olmamasından asılı olmayaraq, birbaşa seçki məntəqəsinə yaxınlaşıb səs verə bilər".

MSK sədri əlavə edib ki, sabah seçkilərlə bağlı mütün müraciət və şikayətlərə dərhal cavab veriləcək.

Qeyd edək ki, sabah Azərbaycanda prezident seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30