» » Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək

Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək

 Prezident seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək



Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkilərini 894 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 61 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır. Seçkilər 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçiriləcək. Səkkiz namizədin iştirak edəcəyi seçkiləri 51 xarici KİV-in 118 təmsilçisi işıqlandıracaq.

DJB.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov aprelin 10-da keçirdiyi mətbuat konfransında məlumat verib.

MSK sədri deyib ki, 4 təşkilat seçkilərdə "exit-poll” keçirəcək. Onların arasında ABŞ və Fransadan bu sahə üzrə peşəkarlar da var.

Qeyd edilib ki, aprelin 11-də səhər saat 8:00-da məntəqələr açıq elan olunacaq. Gün ərzində səsvermənin gedişi ilə bağlı 5 dəfə açıqlama veriləcək. Min seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bu isə seçki məntəqələrinin 18 faizini əhatə edir. Bu təcrübə 2008-ci ildən tətbiq olunur. Bu veb-kameralar vasitəsilə bütün seçki prosesi onlayn rejimdə nümayiş etdiriləcək. Dünyanın istənilən yerindən MSK-nın saytına daxil olub heç bir məhdudiyyət olmadan seçki prosesini izləmək mümkündür.

Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyası seçki prosesi üçün 38 normativ hüquqi sənəd qəbul edib. Seçkilərlə bağlı müxtəlif maarifləndirici tədbirlər görülüb. Cəzaçəkmə müəssisələrində, müalicə mərkəzlərində seçki prosesinin təşkili üçün müvafiq olaraq Ədliyyə və Səhiyyə nazirlikləri ilə birgə işlər görülüb.
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30