» » VƏTƏNİNİ ÖLÜMÜNƏ SEVƏNLƏR

VƏTƏNİNİ ÖLÜMÜNƏ SEVƏNLƏR

VƏTƏNİNİ ÖLÜMÜNƏ SEVƏNLƏR
Aprel şəhidimiz Əbdülməcid Axundovun ziyarət edərək məzarlığı tərk edirdik. Bu an şəhidlər xitabanına iki nəfərin yaxınlaşdığını gördüm, bunlardan biri əlində dəmirdən çəlinglə çox aramla addımlayırdı, bir nəfər gənc uca boy qazi isə ona yardım edirdi.
Mən bu mənzərədən təsirlənərək özümdən ixtiyarsız dedim: bir dəqiqə olarmı sizin şəklinizi çəkim. Onlar ikisidə ayaq saxladılar. Mən şəkil çəkdikdən sonra onlara sağol deyərək uzaqlaşdım. Onlardan uzaqlaşmağıma baxmayaraq geri dönərək bir müddət onların gedişini izlədim. Sinəsindəki orden və medallar zabitimizi daha da möhtəşəm göstərirdi. Sağlamlığındakı problem onu sındırmamışdı, dik baxışları, gözlərindəki qürur hissi kədərlə bir-birin tamamlayırdı. Bir neçə gün o mənzərə xəyalımda canlandı. Özümü qınadım nədən geri qayıdaraq onun haqqında maraqlanmadım deyə özümü qınayırdım.
Ardıcıl olaraq aprel şəhidlərinin anım günləri ilə bağlı keçirilən tədbirlər və paylaşımlar sosial şəbəkədə onu mənim qarşıma çıxardı. Bu o idi adını bilmədiyim, rəsmini çəkərək paylaşdığım qürur mənbəyimiz adlandırdığım zabit, Qaz,i baş leytenant Azər Məmmədovdur.
Çox sevinirdim, sanki itirdiyim bir doğmamı tapmışdım. Ona aid olan səifəsini incələməyə başladım. Qarşıma baş leytenantın etiraf dolu qəlb çırpıntılarını ifafə edən bir yazısıyla qarşılaşdım və bir daha qürur duyduğum zabitimlə fəxr etdim.
O yazır:
Hec vaxt düşünmədim ki, kaş başqa bir tale yaşayardım. İstiqamətim ferqli olardi. Əksinə hər gün bu məmləkətə daha çox aşiq oldum. Vətənimə sevgim, məhəbbətim böyüdü, möhkəmləndi. İndi qazi olsam da əminəm ki, uca Allah məni saglamlığıma qovuşduracaq və yenidən Azerbaycana xidmət etməklə bu sevgidən zovq alacagam.
Bu məqsədimə yetməyim üçün əlindən gələni əsirgəməyən, bütün yol xərclərimi qarşılayan Heydər Əliyev fonduna və onun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
O cümlədən, artıq bir ildir ki məni oz doğmaları, yaxınları kimi qarşılayib, pulsuz müayine ve müalicə edən Tibb Universitetinin Tədris Cərrahiyə korpusunda işləyən doktor fizoteropist Turqay Şahinə, eləcə də onun həkim kollektivinə və şöbə müdiri Nurlana xanıma və Medicom şirkətinin rəhbəri Anar Rüstəmova minnətdarlıq edirəm.
Bu bir sağlamlığında məhdudiyyət olan
Qazi baş leytenant Azər Məmmədovun sosial şəbəkədə yazaraq paylaşdığı arzusudur. Yenə də sağlamlığına qovuşaraq Ordu sırslarına qayıdaraq mənfur düşmənlərdən torpağımızı azad etmək, şəhidlərin intiqamını yerdə qoymamaq. Bu bir Vətən sevgididir. Bu sevgini Allah yalnız Vətənini ölümünə sevənlərə bəxş edir. Baş leytenant Azər Məmmədovda məhz belələrindəndir.
R.S. Bizlərin canlı əfsanəsi olan cənab baş leytenant Azər Məmmədov Azərbaycan xalqı sizin kimi mərd oğullarımızla fəxr edir. Mən inanıram siz sağlamlığınıza qovuşacaqslnız və yenə də vandalların dərsini vermək üçün ön cəbhədə igid əsgərlərimizin yanında olacaqsınız.


Almaz İlahə Əhmədova
VƏTƏNİNİ ÖLÜMÜNƏ SEVƏNLƏR
VƏTƏNİNİ ÖLÜMÜNƏ SEVƏNLƏR
Oxşar xəbərlər
Aygün Məmmədova: "Mənim ikinci həyat yoldaşımdır"
Aygün Məmmədova:
Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində Читать далее
"DJB.az" saytının rəhbəri Prezidenti təbrik etdi
Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda Читать далее
Təbrik edirəm Cənab Prezident!
Təbrik edirəm Cənab Prezident!
İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və Читать далее
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30