dini radikalizm və ekstremizmlə mübarizə

“Şəhidlər vurulduqda deyil,unudulduqda ölür”

“Şəhidlər vurulduqda deyil,unudulduqda ölür”

Azərbaycan xalqı öz təbiəti,xarakteri etibarı ilə mülayim və sülhsevər olmuşdur.O,heç kəsin torpağına göz dikməmiş,kiməsə təcavüz etməyi özünə rəva bilməmişdir.Lakin bədnam,xain öz torpaqlarımızda yurd yuva verdiyimiz bədxax qonşularımız torpaqlarımıza göz dikdi.Mübarizlərin,Rahimlərin,Teymurların,Adillərin,Rüstəmlərin analarını,bacılarını göz yaşlı qoydular. Bəli,onlar şəhid oldular,vətən üçün canlarından keçdilər,balalarının ,həyat yoldaşlarının,valideyinlərinin belə düşünmədən qanları ilə ana torpağı qorudular.Bu gün xalqımız igid vətən oğullarını unutmur.Dövlətimiz onların valideyinləri üçün hər cür şərait yaradır.LAkin bu onların yarasını sağaltmır.Yenə də övlad itgisi,ata itgisi onların ürəyində bir qübar bağlayır.Bu gün də el,oba öz şəhidləri ilə fəxr edir,onları anım mərasimləri ilə xatırlayır ,valideyinlərini gələcək nəsillərə tanıdır.Belə vətənpərvər məktəbləridən biri də Mingəçevir 3 saylı tam orta məktəbin müəllim və şagird kollektividir.Məktəbin kollektivi başda director Kəmalə xanım Tahirova olmaqla bütün anım tədbirləri yüksək səviyyədə keçirilir,heç kim,heç nə unudulmur.Bu gün məktəb yenə öz ənənəsinə sadiq olaraq Mingəçevirin 4 Aprel şəhidlərinin xatirəsini anaraq “Şəhidlər vurulduqda deyil,unudulduqda ölür”adlı ədəbi-bədii kompazisiya ilə şəhid valideyinləri qarşısında hazırladıqları kiçik səhnəciklərlə,yanıqlı şeirləri ilə onları bird aha o günlərə qaytardılar.Qeyd edək ki,tədbirin təşkilatçıları Rəsulova Ceyran,Həsənova Firəngiz və 6-8-10-11 ci sinifin şagirdləri idi.ŞAgirdlərin ifasında səsləndirilən şeirlərin ,səhnəciklərin təsirindən göz yaşlarına boğulan şəhid valideyinləri şagirdlərə,müəllimlərə ,direktora öz minnətdarlıqlarını bildirərək deyiblər ki,bu məktəb bizə doğmadır .Şəhid Əhmədov Rüstəmin atası Oruc müəllim bildirib ki,buradakı gördüyümüz doğmalıq,şagirdlərin övladlarımızı bizə bir anlıq yaşatması bizə dünyalar verdi sanki dedi.
Şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanım Tağıyeva söz alaraq qeyd edib ki,biz sizdən bu gün güc aldıq: “Burda gördüklərimiz bizi təsirləndirsədə sevinirik ki,xalqımızın qəhrəman oğullarını gələcək nəsillər belə xatırırlayır,mən burada səhnədə çıxış edən hər bir şagirdin gözlərində kədər,göz yaşı gördüm.İnşallah torpaqlarımız alınsın övladlarımın arzusudur ki,üç rəngli bayrağımızı o torpaqlara sansınlar”.
Tədbirin sonunda director Kəmalə Tahirova çıxış edərək bildirib ki,sizing hər biriniz bizim üçün əzizsiniz ,hər zaman bu məktəbdə şəhidlərimizin xatirəsi anılacaq,bu kimi tədbirlərlə şəhidlərimizin qəhrəmanlıqları gələcək nəsillərə çatdırılacaq.
Qeyd edək ki,tədbirdə Böyük Vətən Müharibəsi,Əfqan Müharibəsi veteranları da iştirak edib və tədbirdə onlar da öz ürək sözlərini bildiriblər.Sonda hər bir şəhid valideyininə şagirdlər təzə ,tər gül ,çiçək bağışlayıblar.

Esmira Hidayətova
“Şəhidlər vurulduqda deyil,unudulduqda ölür”
“Şəhidlər vurulduqda deyil,unudulduqda ölür”

Oxunub: 911
Oxşar xəbərlər
SON XƏBƏRLƏR