dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD AİLƏSİ MÖHTƏRƏM PREZİDENTƏ MÜRACİƏT EDİR

ŞƏHİD AİLƏSİ MÖHTƏRƏM PREZİDENTƏ MÜRACİƏT EDİR

Əhmədov Rüstəm Oruc oğlu 1983-cü ildə Ağdaş rayonunun Kotavan kəndində anadan olub. Sonralar ailə vəziyyəti ilə əlaqədar olaraq Mingəçevir şəhərində məskunlaşmışdır. Şəhər 9 saylı tam orta məktəbində təhsil almış, 2001-ci ildə təhsilini başa vurmuşdur. O, 2002-ci ildə Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdır. Sərhəd bölgəsində Gədəbəy rayonunda hərbi xidməti başa vurub doğma şəhəri Mingəçevirə qayıtmışdır. Bir müddət fərdi əməklə məşğul olmuşdur. Rüstəm Əhmədov Milli Orduda xidmət etmək qərarına gəlmiş, yenidən 2014-cü ilin aprel ayı “Müddətdən artıq hərbi xidmət” qulluğunda xidmət etmək üçün Ağdam ərazisində 3 ay təlim keçdikdən sonra əvvəl Naftalan bölgəsində, sonra isə Tərtər rayonunda hərbi hissədə baş çavuş vəzifəsində xidmətini davam etdirirdi. Ölümündən bir neçə gün əvvəl xidmətdəki şücaətinə, cəsurluğuna görə fəxri fərmanla təltif olunmuşdur. Şəhid Əhmədov Rüstəm xidməti dövründə komandir heyəti tərəfindən verilən əmr və tapşırıqları hər zaman yerinə yetirmiş, əsgər və zabit heyəti arasında dərin hörmətə malik olmuşdur. O, 2016-ci ilin aprelin 14-də düşmən silahlı birləşmələrinin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olmuşdur. Ailəli idi. 2 oğul övladı: Fərda və Nurlan yadigar qalıb. Şəhid Əhmədov Rüstəm Oruc oğlu Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

P.S. Şəhid ailəsinin müraciətini dinlədikdə bir daha aydın olur ki, müraciət edən şəhid atası dövlətə və dövlət başçısına güvənir. Və seçkidə ailəsi ilə bərabər iştirak edəcəyini məhz İlham Əliyevə səs verəcəyini vurğulayır.
Möhtərəm prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, göz önündədir. Sual doğurur, bu gün RİH başçıları, əlaqədar təşkilatlar nə üçün öz ərazilərində yaşayan şəhid ailələrinin qayğıları ilə maraqlanmırlar? Şəhid ailəsinə rayon rəhbərliyi tərəfindən diqqət olsaydı, düşdüyü durumdan çıxış yolu tapsaydı prezidentə müraciət etməzdi. Bu bir daha sübut edur ki, bəzi rayonlarda şəhid ailələrinə diqqət yoxdur. Hörmətli Mingəçevir RİH başçısı ümid edirik şəhid ailəsinin müraciətini izlədikdən sonra ölçü götürülməsinə tapşırıq verəcəksiniz.

Oxunub: 1 087
Oxşar xəbərlər
SON XƏBƏRLƏR