dini radikalizm və ekstremizmlə mübarizə

DƏRBƏNDLİ AZƏRBAYCANLILAR PREZİDENT SEÇKİLƏRİNDƏ FƏAL İŞTİRAK EDƏCƏKLƏRİN BİLDİRDİLƏR

DƏRBƏNDLİ AZƏRBAYCANLILAR PREZİDENT SEÇKİLƏRİNDƏ FƏAL İŞTİRAK EDƏCƏKLƏRİN BİLDİRDİLƏR

Məlumat vermək istəyirik ki, 2018-ci il aprelin 4-də “Dərbənd” Xeyriyyə İctimai Birliyinin rəyasət heyətinin iclasında Azərbaycan Respublikası Prezident seçkiləri ilə bağlı bəyanatla çıxış etmişlər. Bəyanatda qeyd olunur ki, Azərbaycan xalqı və xüsusi ilə Dərbəndli azərbaycanlılar milli maraqlarımızın müdafiəçiləri kimi yanaşaraq Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak edəcəklər.
İctimai Birliyinin rəyasət heyətinin üzvləri bildiriblər ki, bütün Azərbaycan xalqı kimi Dərbəndli azərbaycanlılar ölkədə əldə edilmiş sabitliyi və apardığı xalqının milli-mənəvi, çoxəsrlik multikultural ənənələrin qorunmasını, mədəni dəyərlərinin saxlanılması və inkişaf etdirilməsi kursunu qorumaq istəyir. Azərbaycanda müxtəlif dini icmalar və etnik mənsubiyyətə malik insanlar ölkəmizdə dinc yaşayirlar. Bütün bunlar isə birbaşa Ümummilli lider Heydər Əliyev siyasəti və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dərbəndli azərbaycanlılar prezident seçkilərində yekdilliklə İlham Əliyevin namizədliyini dəstəkləyirlər.
Bəzi qüvvələr ölkəmizin inkişafını, Azərbaycan gəncliyinin öz dövlətinə sədaqətini qəbul edə bilmir. Ancaq Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz. Çünki bu dövlətin dayağı Azərbaycan xalqı və öz inamını ifadə etdiyi lideri İlham Əliyevdir. Bu dövlət etibarlı əllərdədir.
Bunun fonunda Dərbəndli azərbaycanlılar ölkədə artıq uzun illərdir davam edən həyatın belə sakit və lüzumsuz sarsıntılardan uzaq qalması üçün hər şey edəcəklər. Tam əminik ki, Dərbəndli azərbaycanlılar qarşıdan Azərbaycanın həyatında çox müsbət rol oynayacaq, aprelin 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində hər zaman olduğu kimi bu məsələdə də öz sözünü deyəcəklər.


Nurulla Əliyev
“Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri,
ehtiyatda olan 1-ci dərəcəli kapitan,
tarix elmləri doktoru, professor

Oxunub: 660
Oxşar xəbərlər
SON XƏBƏRLƏR