dini radikalizm və ekstremizmlə mübarizə

Bir ailədə doğulub, milyonların övladı olanlar

Bir ailədə doğulub, milyonların övladı olanlar
Şəhid adı gələndə ürəklər param-parça olur. O qədər müqəddəs, o qədər əziz və doğma olur ki, insana Şəhidlər , əvvəllər niyə onu tanımadığına heyfsilənirsən. O qədər qiymətli olur ki, insan üçün Şəhidlər qədəm qoyduğun hər şəhərdə, , hər kənddə ilk onu ziyarətə tələsirsən. Tələsirsən, qürur hissi keçirmək üçün, tələsirsən qarşısında baş əymək üçün, tələsirsən, tələsirsən............ ona, Vətəni qoruduğu üçün, fəxr etdiyini demək üçün...
Bu gün Şəhidimiz Əbdülməcidin Şəhadətə yetməsinin ikinci ildönümüdür. Bu gün gələ bilməyəcəyim üçün dünən ziyarətinə gəldim Şəhidim. Bəlkə də elə belə yaxşı idi. Ananın üzünə baxa bilmirəm. Səninlə təklikdə dərdləşdim Şəhidim. Qəlbimdəkiləri sənə dedim. Bəlkə də bunlara deməyə ehtiyac yox idi. Axı sən ən uca məqamdasan və hər şeyi görür və qəlblərdən keçəni duya bilirsən. Görürsən ananın əzablarını, görürsən səni öz doğması bilənləri., Şəhidim ,sənin məqamını ifadə edə biləcək söz tapa bilmirəm. Yalnız bir şeyi deyə bilirəm, sən bir ailənin övladı kimi doğulsan da, milyonlarla ailənin övladı oldun.

Mehriban Sadıqova

Bir ailədə doğulub, milyonların övladı olanlar

Oxunub: 767
Oxşar xəbərlər
SON XƏBƏRLƏR