dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycandan göndərilən yardım Kemerovada paylanıldı

Azərbaycandan göndərilən yardım Kemerovada paylanıldı


Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu Rusiyanın Kemerovo şəhərinin ticarət mərkəzində baş vermiş yanğın zamanı həlak olanların ailələrinə və xəsarət alanlara yardım göndərib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yardım xüsusi təyyarə ilə Kemerovaya göndərilərək zərərçəkənlərə və həlak olanların ailələrinə çatdırılıb.

XəzərXəbər xəbər verir ki, Rusiya KİV-ləri Azərbaycanın yanğın qurbanlarına humanitar yardım etməsinə xüsusi diqqət ayırıb, bununla bağlı vesti.ru videomaterial hazırlayıb. Bildirilib ki, Azərbaycandan Kemerovaya 2 tona yaxın humanitar yardım göndərilib.

Xatırladaq ki, martın 25-də Kemerovada "Qış albalısı” ticarət mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır.


Oxunub: 600
Oxşar xəbərlər
SON XƏBƏRLƏR