dini radikalizm və ekstremizmlə mübarizə

“31 Mart Soyqırımı Mingəçevir Qeydiyyat şöbəsində də anılıb.

“31 Mart Soyqırımı Mingəçevir Qeydiyyat şöbəsində də anılıb.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü Mingəçevir Qeydiyyat şöbəsində qeyd olunub.Şöbənin foyesində təşkil olunan anım tədbirində ilk öncə soyqırım və deportasiya qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.Mingəçevir Qeydiyyat şöbəsinin rəisi Sevinc Hüseynova qanlı hadisələrdən , xalqımızın başına əsrlər boyu mənfur ermənilər və havadarları tərəfindən gətirilmiş faciələrdən danışıb.
Tədbirdə iştirak edən digər çıxışçılar ötən əsrin əvvəllərində azərbaycanlıların başına gətirilmiş faciələr barədə ətraflı məlumat veriblər .Onlar erməni cinayətləri haqqında təkzibolunmaz faktlarla dünyaya hayqıran azərbaycan xalqının haqqın yanında olduğunu bildiriblər.
“Biz xalq olaraq əsrlər boyu erməni cəlladlarının fitnə-fəsadına,qətliamına və deportasiya siyasətinə məruz qalmışıq. Bakı,Şamaxı,Quba qırğınları azərbaycanın digər bölgələrində də davam etdirilib.Hətta sovetlər dönəmində qərbi Azərbaycandan olan soydaşlarımız doğma yurd yerlərindən deportasiya edilib.Ən son dönəmdə başımıza Xocalı müsibəti gətirilib.Bu o deməkdir ki, erməni cinayətləri sərhəd tanımır və bundan sonra da tanımayacaq. 1918 ci il 31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir və ölkəmizdə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi unudulmur.

Esmira Hidayətova

“31 Mart Soyqırımı Mingəçevir Qeydiyyat şöbəsində də anılıb.

Oxunub: 1 055
Oxşar xəbərlər
SON XƏBƏRLƏR