dini radikalizm və ekstremizmlə mübarizə

Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılmasına 14 milyon manat ayrılıb

Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılmasına 14 milyon manat ayrılıb


Prezident İlham Əliyev Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 14 milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Oxunub: 662
Oxşar xəbərlər
SON XƏBƏRLƏR