dini radikalizm və ekstremizmlə mübarizə

Maksim Kuryaçiy: Azərbaycan vətəndaşlarının demokratik şəkildə səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradılıb

Maksim Kuryaçiy: Azərbaycan vətəndaşlarının demokratik şəkildə səsvermə hüququndan istifadəsi üçün lazımi şərait yaradılıb


Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində vətəndaşların demokratik şəkildə səsvermə hüququndan istifadə etməsi üçün lazımi şərait yaradılıb.

DJB.az məlumat verir ki, bu fikri sechki-2018.az saytına açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

M.Kuryaçiy bildirib ki, Ukrayna strateji müttəfiqi olan Azərbaycanda sabit ictimai-siyasi mühitin hökm sürməsində, bu ölkənin iqtisadi cəhətdən güclənməsində maraqlıdır.

"Azərbaycanda mövcud olan seçki qanunvericiliyinə uyğun olaraq ölkədə seçkilərin demokratik mühitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, Azərbaycan vətəndaşları düzgün seçim edəcəklər”, - deyə ukraynalı deputat əlavə edib.

Oxunub: 744
Oxşar xəbərlər
SON XƏBƏRLƏR