dini radikalizm və ekstremizmlə mübarizə

Əziz Azərbaycan gəncləri İlham Əliyevə səs verək!

Əziz Azərbaycan gəncləri İlham Əliyevə səs verək!
Əziz Azərbaycan gəncləri!

Biz, Musiqi Dünyası dəstək kompaniyası olaraq Azərbaycan övladları 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizəd cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi üçün yekdilliklə ona səs verəcəyik!

Əziz Azərbaycan gəncləri!

Sizlərə müraciət edirəm və tam əminliklə bildirirəm ki, 11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində hamımız bir nəfər kimi seçki məntəqələrinə gedəcək, Azərbaycan Respublikasının Prezidentliyinə vahid namizədimiz İlham Heydər oğlu Əliyevə səs verəcəyik! Çünki Prezident İlham Əliyevi bu etimada, ehtirama layiq olan rəhbər, ali bir şəxsiyyətdir. Möhtərəm İlham Əliyev uzun illər Azərbaycana rəhbərlik etmiş tarixin nadir, müdrik şəxsiyyətlərindən biri olan Heydər Əliyev ailəsində dünyaya gəlmiş, belə bir atanın, Zərifə xanım kimi humanist və qayğıkeş ananın qayğısı altında təlim-tərbiyə almış, böyüyüb boya-başa çatmış, böyük bir idarəçilik, idarəetmə məktəbi keçmişdir. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkəsi ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq.


Nicat Müslümov
Qurban Abbasov adına Mədəniyyət Sarayınn nəzdində
“Musiqi Dünyası dəstək kompaniyası”nın təşəbbüskarı
layihə rəhbəri

Əziz Azərbaycan gəncləri İlham Əliyevə səs verək!
Əziz Azərbaycan gəncləri İlham Əliyevə səs verək!
Əziz Azərbaycan gəncləri İlham Əliyevə səs verək!
Əziz Azərbaycan gəncləri İlham Əliyevə səs verək!

Oxunub: 1 337
Oxşar xəbərlər
SON XƏBƏRLƏR