dini radikalizm və ekstremizmlə mübarizə

RƏHMAN ƏHMƏDOĞLUNUN XAİNLƏRƏ CAVABI

Ümüd Televiziyasının rəhbəri, hüquqşünas Rəhman Əhmədoğlunun ibrətamiz kəlamlarını hər kəsin oxumasını istərdim.
RƏHMAN ƏHMƏDOĞLUNUN  XAİNLƏRƏ  CAVABI

Xalqın gözü tərəzidir.

Sözüm ölkə kənarında, vətən-vətən deyənlərə,
Mübarizə aparmağın yolu söyüşdənmi keçir ?
Xəyanətlə qrant alıb, haram tikə yiyənlərə,
Deyəndə ki düz yol seçin, xəyanətin yolun seçir.
*****
Belə çoxmu istəyirsən vətənini, vətənə dön,
Sivil yolla mübarizə aparmağın yolun öyrən.
Beynin uşaq beyni ikən, nə anlarsan siyasətdən,
Gəl əvvəlcə siyasətin sağın öyrən, solun öyrən.
*****
Əl çək çirkin əməlindən, bu xalq səni bağışlasın,
Düşünmürsən etdiklərin öz xalqıva xəyanətdir,
Düşmənlərin gölgəsində, gizlənərək. xəbərin yox,
Xalqa qarşı xəyanətin sonu ağır cinayətdir,
*****
Xalqa xəyanət edənin, düşmənədə faydası yox,
Dərk elə sən, ağıllı ol, bəsdi oldun mərdimazar.
Düşmənlərə xidmət edib, pul-paraya aldanırsan,
Sənə dəstək olan düşmən sönda səni parçalayar.
*****
Müxalifət deyə-deyə, car çəkirsən hər yerə sən,
Düşünürsən düz deyirsən,o halda gəl dinlə məni.
Sən de görüm yadındamı, küçələrdə silah səsi,
Fikrim budur bir anlığa keçmişə qaytarım səni,
*****
Bircə çörək almaq üçün, sən səhərdən axşamacan,
Növbə tutub gözləyirdin ki, acından ölməyəsən,
Sənə növbə çatan zaman,, görəndə ki, çörək yoxdur,
Nə tapırdın sən yeməyə, səni yerə girməyəsən.
*****
İndi necə anladınmı, analamdınsa qoy deyim,
Dediyin o müxalifət, bir il boyu ağa oldu.
İşi gücü dava-dalaş, bir-birini qırmaq idi,
O illərin acısından gözlərimiz qanla doldu.
*****.
Rəbbim sizi bir sevgidən məhrum edib, soruş nədi,
Əbəs deyil söylədiyim, sevgi vətən sevgisidir.
Hörmət edib millətinə, kimsə etməz sən edəni,
Milli qürur hissiyatı, xalqın şərəf güzgüsüdür.
Azərbaycan qüdrətlidir, batmaz ona xain sözü !
Nə etsən də dərk elə ki, İlhamdı bu xalqın gözü !

Müəllif:
Rəhman Əhmədoğlu

Oxunub: 898
Oxşar xəbərlər
SON XƏBƏRLƏR