dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid anaları Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirərək geri döndülər

Şəhid anaları Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirərək geri döndülər

Düşmənlə yaxın məsafədə hərbi xidmətdə olan əsgərlərimizlə görüşən Şəhid anaları, ailələri və Vətənpərvər dostlarımız əsgərlərimiz üçün çox yüksək abu hava yaradaraq geri dönürlər.
Əsgərlərin qarşısında çıxış edən şəhid anaları əsgərlərimizdən övladlarının qanın alacaqlarına əmin olduqlarını bildirdilər.
Əsgərlərin qarşısında öz çıxışları ilə onlara əzm bəxş edən polkovnik Xətai Baxışov, polkovnik Hikmət Ağayev, mayor Qabil Allahyarov əsgərlərimizi Novruz bayramı münasibəti ilə təbrik edərək Azərbaycanımızın əmin əllərdə olduğunu söyləyərək əsgərlərimizə ruh yüksəkliyi bəxş etdılər. Anaların və bir çox xeyirxah insanların göndərdiyi sovqatlarla bayram süfrəsi hazırlandı və əsgərlərlə analar qarşı-qarşıya əyləşdilər. Analar əsgərlərə öz əlləri ilə yemək yedirdi. Bu isə analara azda olsa təskinlik oldu.Sanki analar əsgərlərə qulluq etdikcə öz övladlarının qayğısına qaldıqlarını hiss edirdilər. Onların kədərli gözlərini qürurlu baxışları əvəz etdi.
P.S. Mən getdiyimiz səfərdə əsgər anası olmaqla yanaşı, medianı təmsil edən bir nümayənd idim. Gördüklərim məni çox duyğulandırmışd, əsgərlərimizin yataqları, onların yaşadıqları şərait məni çox sevindirdi.
Həqiqətən qəlbim qürur hissi ilə döyünürdü Ali Baş Komandanın Ordumuza verdiyi dəyər, diqqət və qayğı göz önündə idi.
Beləcə səfərimiz başa çatdı yenədə yoldayıq gecənin qaranlığın yararaq aydın sabaha doğru addımlayırıq. İnanıram ki, bu aydın bir sabahda Düşmən tapdağı altında qalan torpaqlarımız vandallardan azad olunacaq.
Bu tədbirin təşkilatçıları olan Elman Əsədullayev, Ələsgər müəllimə, bizimlə uzun yolu qət edən ehtiyatda olan zabit heyətinə, Gənc Vətənpərvərlər Ravin Həsənova, Dərya Mərdanzadəyə, çəkilişi yaddaşlara həkk edən opetatorlarımız Paşazadə Rəsul, Kazımov Nərimana, əsgərlərimizə bayram sovqatı göndərən Qızqalası marketinin rəhbəri, sahibkar Hacı Xanlar Abaslıya da öz dərin təşəkkürümüzü bildiririk.
Mən fəxr edirəm ki, məhz DJB.Az xəbərlər və informasiya portalının bu səfərdə olması və əsgərlərlə olan görüşün işıqlanması bizə həvalə edildi. Allah sizi qorusun Azərbaycan əsgəri!

Almaz İlahə
Şəhid anaları Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirərək geri döndülər
Şəhid anaları Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirərək geri döndülər
Şəhid anaları Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirərək geri döndülər
Şəhid anaları Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirərək geri döndülər
Şəhid anaları Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirərək geri döndülər
Şəhid anaları Cocuq Mərcanlıda əsgərlərlə görüş keçirərək geri döndülər

Oxunub: 1 462
Oxşar xəbərlər
SON XƏBƏRLƏR