dini radikalizm və ekstremizmlə mübarizə

Ramil Usubov əsgərlərlə nahar edib - FOTO

Ramil Usubov əsgərlərlə nahar edib - FOTO


Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıda yerləşən "N" saylı hərbi hissəsində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Novruz”bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Daxili Qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini, nəinki paytaxtda, eləcə də regionlarda yerləşən hərbi hissələrdə geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.



Sonra nazir şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə yaxından tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.

Daxili işlər naziri R. Usubov və nazir müavini - Daxili Qoşunların Komandanı Şahin Məmmədov hərbi hissənin yeməkxanasında bayram süfrəsində əsgərlə birlikdə nahar ediblər

Oxunub: 755
Oxşar xəbərlər
SON XƏBƏRLƏR