dini radikalizm və ekstremizmlə mübarizə

Bəzi qüvvələrin səyi boşa çıxacaq

Bəzi qüvvələrin səyi boşa çıxacaq
Bəzi qüvvələr Azərbaycana qarşı mütəmadi olaraq qarayaxma kampaniyası aparırlar.Anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizələ bağlı pozitiv fikirlər bildirən tanınmış şəxsləri - ictimai-siyasi xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə çevirmək istəyirdilər.
Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası təşkil edənlər,siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə başlayıblar.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Aliyevlə bağlı demək olar ki,bir neçə qruplaşmalar fəaliyyətə keçib.Adil Əliyev hər zaman xalqın arasında,millətin yanında olan insandır.Onun gördüyü işlər göz önündədir və hər kəsin sevimlisi olan bir şəxsdir. Adil Aliyevi nüfuzdan salmaq istəyən şəxslər anlasınlar ki,bunu bacarmayacaqlar.Biz Adil Əliyevin cəmiyyətə,xalqa göstərdiyi diqqətin,qayğının şahidiyik.Bu adam neçə illərdi öz yoluyla gedir – doğru bildiyi yolla gedir və işini vicdanla görür.
Qarayaxma kampaniyalarını təşkil edənlər,bu işə himayədarlıq edənlər bilməlidirlər ki, heç bir qüvvə nə Azərbaycanı,nə dövlət başçısını,nə Adil Əliyevi və bir çox şəxsləri öz yolundan döndərmək iqtidarında deyil.
Demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq miqyasda dövlətimizə,bəzi qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar.


Könül Ayxan
Avropa Qəzeteçiler birliyinin müşaviri

Oxunub: 689
Oxşar xəbərlər
SON XƏBƏRLƏR