dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD ANALARININ ÖVLADI AD GÜNÜN MÜBARƏK

ŞƏHİD ANALARININ ÖVLADI AD GÜNÜN MÜBARƏK




İnsan həyata gələndə Allah təala tərəfindən ömür yolunda yaşayacaqları alnına yazılır deyirlər. Demək bu həyatda hər kəsin üzərinə düşən missiyalar var. Bu həyatın enişli yoxuşlu yollarında kimi düz hamar yol ilə gedər, kimisi keşməkeşli bir yol keçər. Kimi keçər, kimisi seçər. Bəlkə də oxucularım deyəcək ay Almaz xanım kim keşməkeşli həyatı seçər ki? Hər kəs rahat yaşamaq istər, hər kəs. Amma mən bununla razılaşmıram mən həyatda elə insanlar tamıdım ki, onlar rahat yaşaya biləcəkləri bil halda keşməkeşlu həyatı seçdilər. Tək özləri üçün yaşamadılar, onlar üçün Vətən Azərbaycanın hər bir qarış torpağı oldu. Mən elə oğul tanıdım ki, ölümü ilə üzləşdi amma Vətən sağolsun dedi, mən elə bir zabit tanıdım ki, hər bir şəhidi öz övladı bilərək qəlbi param parça oldu, mən elə oğul tanıdım ki, məsul vəzifə daşıdı bir çoxlarından fərqli olaraq sadə insanların həyatı üçün yaşadı, mən elə bir oğul tanıdım ki, bir tək ananın övladı deyil şəhid analarının oğlu oldu. Belə oğullarımız çoxdur sadəcə onları tanımağa çalışın tanıtmağa çalışın ki, bir başqalarıda onlardan örnək götürsünlər. Axı bizlərin arasında başqalaşmağı sevənlər çoxdu. Gəlin yaxşı mənada başqalaşaq, yaxşı, müsbət cəhətləri götürməyə çalışaq.
Hər zaman diqqəti ilə mənə yardımçı olan Ravin Həsənov yenədə bir paylaşımı ilə diqqətimi çəkdi.
Vətənpərvər qardaşımız Elmanın ad günü olduğun məhz onun sosial şəbəkədə etdiyi təbrik paylaşımından öyrəndim.
Bir insanı tanımaq üçün bəzən bir ömür yetməz. Bəzənsə bir neçə saat ərzində bir insanın qəlbinin gözəlliyini, ruhunun saflığını, canında, qanında Vətən eşqin görərsən.
Elman qardaş mən sizi belə tanıdım, bir neçə saat ərzində keçiriləcək tədbir üçün keçirdiyiniz həyəcan canlı şahidi oldum. Siz tədbirin necə keçiriləcəyini deyil şəhid analarına qarşı çox diqqətli olmağı tapşırmanız, onları bir-bir dinləmək istədiyinizi söylədikdə artıq mən sizin necə qeyrətli bir ərən olduğunuzu bildim. Şəhid anaları üçün hazırlanan bir tədbirə həssas yanaşmanız sizin insanı zənginliyi daşıyan biri olduğunuzun bir daha sübut etdi...
Mənim təbrikim çox fərqli oldu Elman qardaş.
Sizə arzularım nə ola bilər? Ən başlıcası can sağlığı, ailə xoşbəxtliyi, Allahın bəxş etdiyi ömrü sağlam yaşamaq, ağrısız- acısız yaşamaq nəsibiniz olsun. Sizin üçün Azərbaycanın hər bir qarış torpağı Vətəniniz olduğunu bildiyim üçün sizə arzum gələn ad gününüzü İşğaldan azad olunacaq Qarabağ torpaqlarında qeyd etmənizi arzulayıram.
Sizin kimi oğullarla fəxr edirik. Şəhid analarının övladı ad günün mübarək.
Hörmətlə: Almaz İlahə

Oxunub: 1 436
Oxşar xəbərlər
SON XƏBƏRLƏR