dini radikalizm və ekstremizmlə mübarizə

Əli Həsənov: Təcavüzkarın qarşısı alınmazsa, etnik münaqişələrin miqyası genişlənəcək

Əli Həsənov: Təcavüzkarın qarşısı alınmazsa, etnik münaqişələrin miqyası genişlənəcək


Bu gün dini radikalizm, islamofobiya kimi hallar artıb. Sülh şəraitində yaşayan cəmiyyətlərin olması üçün belə hallara qarşı mübarizə aparılmalıdır".


Xezerxeber.az-ın məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilən VI Qlobal Bakı Forumun açılış mərasimində deyib. Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən layihələrdən danışan Baş nazır bildirib ki, TANAP layihəsi bu ilin sonuna kimi tamamlanacaq.


Binəli Yıldırım onu da qeyd edib ki, Azərbaycana təhdid olarsa, qarşılığı mütləq veriləcək. Onun sözlərinə görə, Türkiyə və Azərbaycan regional təhlükəsizlik məsələləri və terrorla mübarizədə əməkdaşlıq edir.


Forum çərçivəsində keçirilən "Çoxluqlar azlıqlara qarşı" panelində Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin rəsmi Yerevanın işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən öz həllini tapa bilmədiyinə diqqət çəkib. Əli Həsənov qeyd edib ki, ermənilər də digər milli azlıqlar kimi Azərbaycandakı azlıqlardan biridir və onların ərazi iddiası ilə çıxış etməsi beynəlxalq hüququn heç bir normasına uyğun gəlmir.


Əli Həsənov dünya birliyinin Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələri nəzərə alaraq Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırıb. Prezidentin köməkçisi bildirib ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək.

Oxunub: 677
Oxşar xəbərlər
SON XƏBƏRLƏR