» » Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşü keçirilib

Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşü keçirilib

Azərbaycan, Türkiyə, İran və Gürcüstan XİN rəhbərlərinin dördtərəfli görüşü keçirilib


Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirləri arasında ilk dördtərəfli görüş keçirilib.


Xezerxeber.az-ın məlumatına görə, görüsdə ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavusoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze istirak edir. İlk dəfə keçirilən görüşdə daha çox regional əməkdaşlıq məsələləri müzakirə olunub.


Müzakirələrdən sonra Bakı bəyannaməsi qəbul edilib. Bəyannamədə nazirlər BMT-nin Nizamnaməsinin norma və prinsiplərinə sadiqliklərini vurğulayıblar. Regional sülh və sabitliyin möhkəmlənməsində ortaq maraqlar vurğulanıb və bu kontekstdə nazirlər dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, o cümlədən regionda bütün münaqişələrin sülh yolu ilə həlli kimi beynəlxalq hüquq prinsiplərinə sadiqliklərini diqqətə çatdırıblar. Bundan əlavə xalqların rifahının təmin edilməsi məqsədilə bütün mümkün sahələrdə dördtərəfli əməkdaşlığın araşdırılması ilə bağlı razilığa gəlinib.


Bəyannamənin qəbulundan sonra keçirilən mətbuat konfransında yeni yaranmış dördtərəfli formatın regional əməkdaşlıq üçün əhəmiyyətli olduğu qeyd edilib.

Xarici işlər naziri Elmar Məmmədyarov yeni bir nəqliyyat dəhliznin yaradılmasının vacibliyini vurğulayıb.


Gürcüstanin xarici işlər naziri Mixail Canelidze və Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu bundan sonra ölkələr arasında nəqliyyat və enerji sahəsində önəmli infrastruktur layihələrinin həyata keçiriləcəyinə əminliklərini ifadə ediblər.


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyd edib ki, beynəlxalq hüquqa və ölkələrin ərazi bütövlüyünə hörmət regionda əməkdaşlığı daha da gücləndirəcək.


Sonda dördtərəfli növbəti görüşün Gürcüstanda keçirilməsi haqqında qərar qəbul edilib.
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930