dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya XİN separatçı Dağlıq Qarabağ rejiminin başçısı Saakyanın ABŞ-a səfərini şərh edib

Rusiya XİN separatçı Dağlıq Qarabağ rejiminin başçısı Saakyanın ABŞ-a səfərini şərh edib


Rusiya Xarici İşlər Nazirliyi separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanın ABŞ-a səfərini şərh edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin "Bako Saakyanın gələcəkdə Moskvaya səfərinin mümkünlüyünü necə görürsünüz" sualına cavab olaraq deyib ki, indiki halda bu sualı ABŞ tərəfinə yönəltmək lazımdır.
"O ki qaldı Rusiya tərəfinə, məndə belə səfər barədə məlumat yoxdur. Deyə bilərəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öhdəliklərimizə sadiqik və bu çox çətin problemin həll olunmasına aktiv yardım edirik", - deyə M. Zaxarova bildirib.

Oxunub: 634
Oxşar xəbərlər
SON XƏBƏRLƏR