dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə “ASAN Həyat” kompleksinin fəaliyyətə başlaması ilə əlaqədar mətbuat konfransı olub

Mingəçevirdə “ASAN Həyat” kompleksinin fəaliyyətə başlaması ilə əlaqədar mətbuat konfransı olub
Son illər ölkəmizdə iqtisadi inkişafa nail olunmaqla yanaşı, mütərəqqi xarakterli sosial layihələr də uğurla həyata keçirilir. Bu sırada dünyaya Azərbaycan brendi kimi təqdim olunan “ASAN Xidmət” nümunəsi böyük maraq doğurur. Müvəffəqiyyətlə reallaşdırılan bu layihənin əsas məqsədi vətəndaşlara göstərilən müxtəlif xidmətlərin səviyyəsini ən yüksək həddə qədər yüksəltməklə əlavə xərclərin və vaxt itkisinin azaldılmasına, dövlət strukturlarına etimadın artırılmasına, şəffaflığın təmin olunmasına və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, bütövlükdə xidmət sahələrində aparılan genişmiqyaslı islahatların səmərəliliyinə nail olmaqdır.
Fevralın 13-də KİV nümayəndələrinin iştirakı ilə regional kompleksə tanışlıq səfəri təşkil olunub, mətbuat konfransı olub. Jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib ki, Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyət göstərdiyi bir gün ərzində bölgənin 1100-dən çox vətəndaşına xidmət göstərib. Mingəçevir regional “ASAN Həyat” kompleksində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Anar Hüseynov bildirib ki, kompleksdə çalışan əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək O, bölgə sakinlərinin “ASAN Həyat” kompleksinin fəaliyyətindən razılıqla, minnətdarlıqla danışmasını ölkə daxilində bu yeni xidmət növünə münasibətin birmənalı şəkildə müsbət olmasının ifadəsi kimi qiymətləndirib. Dünyanın inkişaf etmiş ölkələrindən “ASAN xidmət”ə göstərilən hədsiz maraq, onu öyrənib özlərində tətbiq etmək istəyi isə, təbii ki, hər bir Azərbaycan vətəndaşında qürur doğurur. Mingəçevir regional “ASAN Həyat” kompleksində hər şey ideal səviyyədədir. Mərkəzin müasir üslubda inşa olunmuş möhtəşəm üçmərtəbəli binası yaraşığı, gözəl görkəmi ilə göz oxşayır.
Mərkəzdə çalışan əməkdaşlar, eləcə də bura üz tutan vətəndaşlar üçün nümunəvi şərait yaradılıb.
Mingəçevir “ASAN Həyat” kompleksinin ilk müştərisi olan İlqar Həsənli jurnalistlərə müsahibəsində deyib: “16 yaşı tamam olan oğlum Fərid üçün şəxsiyyət vəsiqəsi aldım. Doğrusu, burada təsəvvürümə gətirə bilmədiyim bir mühitə düşmüşəm. Bizə göstərilən yüksək nəzakətdən, qayğı və diqqətdən çox məmnunuq. Çox vaxt itirmədən şəxsiyyət vəsiqəmi aldım. Burada xidmət həqiqətən də çox sadələşdirilib və asanlaşdırılıb. Bura gələn vətəndaşların rahatlığı və xidmətdən razı qalmaları üçün ən ideal şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevə bizə yaradılan şəraitə görə təşəkkür edirik”
Mingəçevir sakini Akif Qəmbərov deyib: “Birinci dəfədir ki, “ASAN xidmət” mərkəzinə üz tuturam. Bir çox idarələrdə olmuşam. Heç bir yerdə belə şərait, belə nümunəvi kompleks xidmət görməmişəm. Gəlişimin məqsədi Rusiyadan mənə göndərilən sənədi tərcümə etdirərək natariusda təsdiq etməklə əlaqədardır. Nə vaxt itirdim, nə də əlavə vəsait xərclədim. “ASAN Həyat”, sözün həqiqi mənasında, alqışa layiqdir”.

Esmira Hidayətova

Mingəçevirdə “ASAN Həyat” kompleksinin fəaliyyətə başlaması ilə əlaqədar mətbuat konfransı olub
Mingəçevirdə “ASAN Həyat” kompleksinin fəaliyyətə başlaması ilə əlaqədar mətbuat konfransı olub

Oxunub: 843
Oxşar xəbərlər
SON XƏBƏRLƏR