dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ cəbhəsində ABŞ-ın erməniprəst senatorunun başından yan keçən GÜLLƏ

Qarabağ cəbhəsində ABŞ-ın erməniprəst  senatorunun başından yan keçən GÜLLƏ
ABŞ Konqresinin ermənipərəst üzvü, Dağlıq Qarabağdakı qondarma erməni rejiminə və “soyqırımı” iddialarına uzun illər dəstək vermiş Mark Kerk təmas xəttinin Tərtər istiqamətində olarkən Azərbaycan snayperinin atdığı güllə son anda onun başından yan keçib.

Djb.az virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə Mark Kerk İrəvanda Ermənistan parlamentinin Fəxri medalını alarkən danışıb.

2010-2017-ci illərdə İllinoysk ştatından senator olmuş respublikaçı siyasətçi deyib ki, onun həyatını erməni əsgəri son anda xilas edib. Bir neçə il əvvəl konqresmen kimi Ermənistana gələn Mark Kerk təmas xəttinə baş çəkib situasiya ilə tanış olmaq istəyib. Bu, Kerkin İllinoysdan senator seçilməsindən əvvəl olub.

“Biz Tərtər yaxınlığında səngərdə idik, Azərbaycan ordusunun mövqelərini izləyirdik. Səhvən başımı səngədən qaldırdım, bu vaxt hiss etdim ki, erməni əsgəri yaxamdan tutub aşağı çəkir. Elə həmin saniyə mənim başımın olduğu yerdən Azərbaycan mövqelərindən atılan güllə uçdu. Bu mənim üçün dərs oldu ki, gərək başını səngərdən çıxarmayasan”-Mark Kerk danışıb.

Erməni maraqlarının ən qatı müdafiəçilərindən biri olan Mark Kerk 2016-cı ildə Konqresə keçirilən aralıq seçkiləri uduzub.

Oxunub: 681
Oxşar xəbərlər
SON XƏBƏRLƏR